Zelenski İŞİD-dən Rusiya ordusuna qarşı istifadə etmək istəyir!

Çərşənbə 4 Oktyabr 2023 - 21:05
https://az.iswnews.com/?p=26695

Qərb mediası bəzi sızdırılmış sənədlərə istinad edərək iddia edib ki, ABŞ və Ukrayna prezidenti İŞİD məhbuslarından Ukraynada ruslara qarşı müharibə məqsədilə istifadə etməyə çalışır.

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi saytının məlumatına görə, Qərb mediası sızdırılmış sənədlərə istinad edərək, Ukrayna prezidenti Vladimir Zelenskinin İraq və Suriya həbsxanalarından İŞİD döyüşçülərini almağa çalışdığını iddia edib. Məqsəd isə Ukrayna silahlı qüvvələri ilə birlikdə və Rusiyaya qarşı döyüşməkdir.

Bu sənədlərə əsasən, həbsdə olan İŞİD terrorçularının Ukrayna silahlı qüvvələrinə cəlb edilməsi aktı Rusiyaya qarşı müharibədə iştirak etmək üçün ABŞ və NATO tərəfindən tam dəstəklənir.

İraq Xarici İşlər Nazirliyinin keçmiş əməkdaşı Həsən Fazil ukraynalı diplomatların İraq hakimiyyətinə göndərdiyi məxfi məktubu üzə çıxarıb. Bu məktubda İŞİD əsirlərinin adı “ruslara qarşı döyüş təcrübəsi olan döyüşçülər” kimi qeyd edilib.

Hazırda bir çox ölkələr Ukraynanı dəstəkləyir və Kiyevə beynəlxalq hüququ pozmağa imkan verir. Bu, Ukraynanın ilk dəfə deyil ki, İŞİD terrorçularından istifadə edir və ya öz sıralarına cəlb etməyə çalışır. ABŞ və NATO-nun Suriya və İraqdakı İŞİD terrorçularından və “Əl-Qaidə”nin qollarından dünya üzrə xüsusi məxfi əməliyyatları üçün istifadə etdiyini nəzərə alsaq, İŞİD terrorçularının Suriya və İraqdan Ukraynaya köçürülməsi ehtimalı heç də uzaq görsənmir.

Mənbə

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir