İraq və Fransa hərbi əməkdaşlıqlarını artırırlar
İraqın birgə əməliyyat qərargahı komandirinin müavini və Fransa ordusunun beynəlxalq və strateji əlaqələr üzrə müavini müxtəlif səviyyələrdə və sahələrdə hərbi əməkdaşlığın inkişaf etdirilməsinin zəruriliyini vurğulayıblar.
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi saytının məlumatına görə, İraqın Birgə Əməliyyatlar Qərargahının komandir müavini general-leytenant Qeys Əl-Məhəmmədavi oktyabrın 3-də Fransa ordusunun beynəlxalq və strateji əlaqələr üzrə müavini general-leytenant Kristofer Lukas ilə görüşüb və müzakirələr aparıb.
Bu görüşdə hər iki tərəf İraqın Birgə Əməliyyat Komandanlığının terrorizmə qarşı müharibədə və İraqda sabitliyin qorunmasında keyfiyyət və strateji vəzifələrini müzakirə edib, bu komandanlığın strukturu və qərargah orqanlarının vəzifələri ilə bağlı rolu araşdırılıb.
Bu görüşdə Əl-Məhəmmədavi Fransa tərəfi ilə müxtəlif səviyyələrdə və sahələrdə ikitərəfli münasibətlərin və hərbi əməkdaşlığın perspektivinin inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.
Rəy