Sionist rejim qırıcıları Deyr əz-Zora hücum edib
Sionist rejim qırıcı təyyarələrinin Suriyanın Deyr əz-Zor əyalətindəki hədəflərə hücumu nəticəsində azı iki suriyalı hərbçi yaralanıb.
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi saytının məlumatına görə, dünən bazar ertəsi günü yerli vaxtla saat 23:50 radələrində sionist rejim Deyr əz-Zor əyalətindəki hədəflərə bir neçə raketlə hücum edib. Bu hücum iki suriyalı əsgərin yaralanması və maddi ziyanın yaranması ilə nəticələnib.
Hələlik daha ətraflı məlumat verilməyib, lakin yerli mənbələr sionist rejim qırıcı təyyarələrinin Hərabiş (Deyr əz-Zor hava limanı yaxınlığında), Heri (Əl-Bukamal şəhəri yaxınlığında) və İraq-Suriya sərhəd keçid məntəqəsindəki hədəflərə hücum etdiyini iddia edib.
Bu, son bir ildə İsrail qırıcılarının Suriya ordusu və onun müttəfiqlərinin Deyr əz-Zor əyalətindəki mövqelərinə ilk hücumudur.
Qeyd edək ki, oktyabrın 1-də Suriya ordusunun Dəməşqin qərbində yerləşən “Əl-Dimas” bölgəsindəki mövqeləri sionist rejim qırıcılarının hücumuna məruz qalıb.
Daha ətraflı: İsrail aviasiyası Dəməşqin ətrafına hücum edib
Rəy