İraqın Birgə Əməliyyatlar Qərargahı: İranla 12 ortaq qərargah yaratdıq
İraqın Birgə Əməliyyatlar Qərargahının komandir müavini bildirib ki, İraq sərhədçiləri İranla sərhəd məntəqələrində təxminən 12 qərargah yaradıblar.
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi saytının məlumatına görə, İraqın Birgə Əməliyyatlar Qərargahı komandirinin müavini Qeys Əl-Məhəmmədavi oktyabrın 1-də İraq mediası ilə söhbətində İraqın hərbi əməliyyatların icrası istiqamətində yeni təfərrüatlarını açıqlayıb.
O, deyib: “İraqın milli təhlükəsizlik müşaviri Qasim Əl-Əərəcinin başçılığı ilə bu ölkənin Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və təhlükəsizlik orqanlarının zabitləri mexanizm yaratmağa çalışan yüksək komitə yaradılıb. Səbəb isə, İran İslam Respublikası ilə təxminən bir il müddətinə təhlükəsizlik razılaşması çərçivəsində sərhədləri İraq sərhədçiləri vasitəsi ilə tam nəzarətə götürməkdir”.
İraqın Birgə Əməliyyatlar Qərargahı komandanının müavini bu söhbətin davamında İran və İraq arasında silahlı antiinqilabçı qrupların qovulduqlarına dair razılaşmaya toxunaraq əlavə edib: “Bu mexanizmin həyata keçirilməsinə başlanılıb və keçmişdə də iki həftədir ki, qüvvələrin nəzarəti altında 10-12-dən çox sərhəd məntəqəsi yaradılıb. İraq sərhəd mühafizəsi içəri daxil olub və separatçı qruplar oradan uzaqlaşıb və İraq ərazisinin dərinliklərində olan müəyyən yerlərə köçürülüb”.
Əl-Məhəmmədavi vurğulayıb ki, İraqın konstitusiyası aydındır və bu ölkə İraqdan qonşu ölkələrin heç birinə, istər İran, istər Türkiyə, istərsə də başqa ölkəyə hücuma icazə verməyəcək.
Rəy