İşğal altındakı Fələstində Netanyahuya qarşı geniş etiraz aksiyaları keçirilib
Minlərlə sionist işğal olunmuş Fələstinin Təl-Əviv və bir sıra digər şəhərlərində 39-cu həftədir ki, sionist rejimin baş nazirinin məhkəmə islahatı proqramına etiraz əlaməti olaraq etiraz aksiyaları keçirib.
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi saytının məlumatına görə, minlərlə sionist mühacirlər sentyabrın 30-da Təl-Əviv və Qüds də daxil olmaqla işğal olunmuş ərazilərin müxtəlif şəhərlərinin prospektlərində sionist rejimin baş naziri Benyamin Netanyahuya qarşı etiraz aksiyaları keçiriblər.
İvritdilli mənbələr İsrail polisinin nümayişçilərlə toqquşduğunu və ən azı iki israillini həbs etdiyini açıqlayıb.
Qeyd edək ki, hər həftənin şənbə günləri işğal olunmuş Fələstinin müxtəlif şəhərlərində sionist nümayişləri davam edir. Netanyahunun məhkəmə islahatları proqramına etiraz olaraq keçirilən bu mitinqlər artıq ardıcıl 39-cu həftəyə daxil olub.
Rəy