İŞİD-in Molla Ömərə yeni baxışı + VİDEO

Yaser Qəzvini Haeri
Yazar:Yaser Qəzvini Haeri
Bazar 1 Oktyabr 2023 - 07:52
https://az.iswnews.com/?p=26548

İŞİD-in Xorasan vilayəti qolu “Taliban zamanın axarında” adlı yeni filmdə Əfqanıstan Taliban qruplaşmasının keçmiş lideri Molla Məhəmməd Ömərə yeni baxış ifadə edir.

Əl-Əzaim Media Mərkəzi (İŞİD-in Xorasan vilayətinin təbliğat qolu) iki hissədən ibarət “Taliban zamanın axarında” adlı sənədli filmdə Talibanı qeyri-legitim tanıtdırır. Bu sənədli filmin ən mühüm hissələrindən biri Əl-Əzaim Mərkəzinin Taliban qruplaşmasının keçmiş lideri Molla Məhəmməd Ömərə qarşı ifadə etdiyi yeni fikirdir.

Fars dilində nəşr olunan bu sənədli filmin birinci hissəsində Molla Məhəmməd Ömərin Taliban hərəkatının yaradılmasında göstərdiyi səylər səthi və ritorik hesab olunur. Bu sənədli filmdə o da deyilir ki, Talibanın yaranması zamanı İSİ-nin (Pakistan Kəşfiyyat və Təhlükəsizlik Təşkilatı) nəzarəti altında olan əsgərlər Taliban sıralarında döyüşərək çoxlu evləri, bağları, küçələri dağıdıb, çoxlu qadınların namusuna toxunublar.

Bu sənədli filmdə Molla Məhəmməd Ömərin dövründə Talibanın elan etdiyi şəriət sisteminin bir çox hallarda həqiqi İslam sistemi ilə ziddiyyət təşkil etdiyi bildirilir.

Bu sənədli filmin davamında Əl-Əzaim Mərkəzi bildirir ki, digər ölkələrdən cihadçıların, o cümlədən Usamə bin Ladenin və Tahir Canın rəhbərlik etdiyi Özbəkistan İslam Hərəkatının Əfqanıstana gəlişi sayəsində Molla Məhəmməd Ömər az-çox qlobal cihadı qəbul edib.

Sənədli filmin davamında deyilir ki, o zaman Taliban hökumətinin nəzarəti Pakistanın İSİ-nin nəzarətində olsa da, lakin dünyanın hər yerindən toplaşan mücahidlər Talibanı İSİ-nin boyunduruğundan azad etmək istəyiblər.

Əl-Əzaim Mərkəzinin (İŞİD-in Xorasan vilayətinin media qolu) hazırladığı “Taliban zamanın axarında” sənədli filminin bir hissəsi

Qeyd edək ki, İŞİD Molla Məhəmməd Öməri ilk dəfə olaraq öz mediasında bu cür təsvir edir. Molla Ömərin dövründə Taliban arasında fraksiyaların olduğuna inanmasına və bugünkü Talibanı, xüsusilə Molla Əxtər Mənsurun rəhbərliyindən sonra Talibanı mürtəd hesab etməsinə baxmayaraq, İŞİD bu filmin nümayişindən əvvəl çıxışında həmişə Molla Məhəmməd Öməri tərifləyib. Hətta öldürülən İŞİD sözçüsü Əbu Məhəmməd Əl-Ədnani də açıqlamasında Molla Məhəmməd Öməri möhkəm dağ kimi təsvir edirdi! Bu arada İŞİD-in rəsmi diskursunda Taliban çərçivəsində Molla Əxtər Mansurun və Talibanın hazırkı liderlərinin də daxil olduğu fraksiyaya qarşı tənqid və ittiham barmağını göstərib.

İŞİD-in Xorasan vilayəti qolunun üç il əvvəl istehsal olunmuş və Əl-Əzaim Mərkəzinin “Taliban zaman axarında” filminin diskursundan fərqli danışığı olan “Müəzrə İla Rəbbikum 2” sənədli filminin bir hissəsi

Amma sual budur ki, İŞİD Molla Ömərlə bağlı yanaşmasını niyə dəyişib?

Bu suala cavab vermək üçün bəzi təxminlər edə bilərik:
Əvvəla, biz bilirik ki, hər halda Əl-Əzaim Media Mərkəzi İŞİD-in Xorasan vilayətinin mediası kimi bəzi hallarda rəsmi İŞİD mediası ilə fərqlərə malikdir, baxmayaraq ki, bu fərqlər getdikcə azalsa da, hələ də mövcuddur. Nümunə olaraq, Xorasan vilayəti qolunun bəzi hərəkətləri barədə İŞİD-in rəsmi mediası məlumat vermir, baxmayaraq ki, Əl-Əzaim onları dolayısı ilə İŞİD-ə aid edir. Mərkəzi Bəyanat Bölməsinin vəkil və qeyri-rəsmi medialar üçün nəzərdən keçirdiyi qaydalardan biri də İŞİD-in rəsmi nəşrləri çərçivəsindən kənarda görüntü və ya mesaj dərc etməməkdir. Eyni zamanda, bəzən “Əl-Əzaim” qeyri-rəsmi media kimi xüsusi görüntülərini və mesajlarını dərc edir. Məsələn, bu “Taliban zamanın axarında” filmində İŞİD-in özbək üzvlərindən biri birbaşa və rəsmi medianın vasitəçisi olmadan Əl-Əzaimin kamerası qarşısına keçib danışır, bu məsələni başqa İŞİD-in qeyri-rəsmi mediasında görmək mümkün deyil. Bu fərq İŞİD-in Xorasan vilayəti ilə mərkəzi arasında əhəmiyyətli fərqi göstərir ki, təbii ki, qeyd edildiyi kimi, tədricən azalıb. Deməli, birinci ehtimal odur ki, Əl-Əzaim Mərkəzinin dərc etdiyi məlumatlar İŞİD-in Xorasan vilayəti qolunun Molla Ömərə xüsusi baxışıdır və bu, bütün İŞİD-ə ümumiləşdirilməməlidir.

İkincisi, ola bilsin ki, Taliban hakimiyyətinin bütün Əfqanıstanı bürüməsindən və onların İŞİD-lə birbaşa və qanlı toqquşmasını və onların Əfqanıstanda İŞİD hərəkatlarının həcmini azaltmaqda nisbi uğurunu və Xorasan vilayəti qolunun artan hərəkatlarının nisbətən dayandırılmasını nəzərə alaraq, terrorçular iltifatı tərk etməkdən və Talibanı inadkar düşmən kimi qanuniləşdirmək və Talibanın sosial kapitalını özlərinə tərəf yönəltmək üçün əvvəlkindən daha çox Talibanın başçısına və bu qrupun qurucusuna hücum etməyə başlayıblar.

Digər bir məqam isə budur ki, İŞİD əvvəldən Talibana qarşı az-çox tənqidi fikirlər səsləndirib və əslində yeni diskursda Talibana qarşı tənqidlərini ön plana çıxarıb və onları daha aydın şəkildə ölmüş lider səviyyəsinə qaldırıb. İŞİD Taliban kimi tanınan və Talibanın müsbət cəhətləri hesab etdiyi şeyləri marjinallaşdırır.

Bu arada görünən odur ki, İŞİD hər şeydən çox Talibanın legitimliyini hədəfə almaq, Talibanın tərəddüdlü və narazı ünsürlərinin onlara tərəf meyl etməsini və öz hərəkətlərini qanuni göstərməsini istəyir.

Daha çox oxuyun:
“Taliban fətvasının İŞİD tərəfindən ləğvi”; Yalan və ya doğru xəbərdirmi? + FOTO
UNAMA hesabatı: Taliban Əfqanıstanda nəzarəti ələ keçirdikdən sonra 3700-dən çox mülki şəxs ölüb və yaralanıb

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir