CENTCOM və SDQ tərəfindən Raqqada İŞİD-in yüksək rütbəli lideri həbs edilib

Bazar 1 Oktyabr 2023 - 00:32
https://az.iswnews.com/?p=26545

Suriya Demokratik Qüvvələri ilə ABŞ terrorçularının Qərbi Asiyadakı qərargahının birgə əməliyyatı nəticəsində Suriyanın Raqqa şəhərində İŞİD terror qruplaşmasının yüksək səviyyəli komandirlərindən biri həbs edilib.

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi saytının məlumatına görə, ABŞ terrorçularının Qərbi Asiyadakı qərargahı (CENTCOM) sentyabrın 30-da bəyanat yayaraq İŞİD terror qruplaşmasının yüksək rütbəli komandirlərindən birinin Raqqa şəhərində həbs edildiyini açıqlayıb.

Bu açıqlamaya görə, həbs edilən şəxsin adı “Məmduh İbrahim Əl-Hac Şeyx”dir və o, İŞİD üzvlərinin və bölgədəki gizlin və kiçik qərargahlarının bacarıqlarının artırılmasında fəal iştirak edib.

Bu əməliyyat sentyabrın 28-də Suriya Demokratik Qüvvələrinin (SDQ) əməkdaşlığı ilə həyata keçirilib.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir