Pakistanda ikinci terror aktı; Pişavərdə ibadət edənlər qana boyanıblar + VİDEO
Pişavərin Hanqu bölgəsindəki məscidə silahlı hücum və kamikadzenin partlaması nəticəsində 15 mülki şəxs şəhid olub və yaralanıb.
Bu terror aktının əvvəlində hücum edənlərdən ikisi Hanqu məscidinə hücum edib, daha sonra üçüncü şəxs kamikadze hücumu edərək namaz qılanların arasında özünü partladıb. Digər iki hücumçu da məscidin təhlükəsizlik qüvvələri ilə toqquşmadan sonra öldürülüb.
Bu, dünən Pakistanın müxtəlif şəhərlərində insanların dini toplantılarına qarşı törədilmiş ikinci terror aktıdır. Hələlik bu hücumlara görə məsuliyyəti heç bir qruplaşma öz üzərinə götürməyib, lakin İŞİD-in fəaliyyətinin tarixini nəzərə alsaq, bu hücumları yəqin ki, bu terror qruplaşması həyata keçirib.
Daha ətraflı: Mastunq şəhərində törədilən terror aktı nəticəsində 70 nəfər ölüb və yaralanıb + VİDEO
Rəy