Qarabağ bölgəsində baş verən son hadisələr; Bakının “Stepanakert”lə apardığı ikitərəfli danışıqların məzmunu nədən ibarətdir?
Azərbaycanın Fövqəladə Hallar Nazirliyi (FHN) Qarabağ bölgəsinə ərzaq və yanacaq yardımlarını Ağdam-Əsgəran-Xocalı yolu ilə Xankəndiyə göndərib.
Sentyabrın 22-də cümə günü səhər Azərbaycan hökuməti Birinci Qarabağ müharibəsinin qələbəsini simvolizə edən tankı Şuşa-Xankəndi yolunda yerləşdirdi. Bu işi Azərbaycan ordusunun mühəndis bölmələri görüb.
Ermənistan ordusunun qalan bölmələri və erməni-Qarabağ silahlı birləşmələrinin Qarabağ bölgəsindəki döyüş mövqelərini boşaltmasının görüntüləri də dərc olunub. Azərbaycan hərbçiləri yaralı hərbçilərin öz həmyaşıdları tərəfindən silahsız təxliyə edildiyini əks etdirən dron görüntülərini yayıb.
Prezidentin köməkçisi, Prezident Aparatının xarici siyasət şöbəsinin müdiri Hikmət Hacıyev bəyan edib ki, erməni silahlı birləşmələrinin bəzi hissələri Azərbaycan qüvvələrinə müqavimət göstərməkdə davam edir. Qarabağda mövcud şərait daha çox birinci Qarabağ müharibəsinin başlanğıcına bənzəyir. Müharibə zamanı ermənilər Azərbaycan hücumlarının ağır təzyiqi altında idilər.
Bakı və “Stepanakert” arasında ikitərəfli danışıqlar; Yevlax görüşünün məzmunu nədən ibarətdir?
Sentyabrın 21-i cümə axşamı səhər aatlarında Azərbaycanın Yevlax rayonunda Azərbaycan hökumətinin nümayəndələri ilə qondarma Artsax hökuməti kimi tanınan Qarabağ bölgəsinin (Dağlıq Qarabağın) erməni separatçılarının görüşü keçirilib və günortadan sonra saat iki radələrində hər iki tərəfin nümayəndələri görüş yerini tərk ediblər. Erməni heyəti Rusiya Federasiyasının sülhməramlı qüvvələrinin müşayiəti ilə görüş yerinə daxil olub.
Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Ramin Məmmədov və onun müavini Bəşir Hacı, ordunun xüsusi təyinatlı dəstəsinin zabiti, general İlkin Sultanov, Azərbaycan nümayəndə heyətinin üzvləri idilər. Ermənilərin heyətində isə qondarma Artsax hökuməti nümayəndəsi Sergey Matrusyan, Qarabağ bölgəsi separatçıları Parlamentinin Xarici Əlaqələr Komitəsinin üzvü David Malkumian iştirak edirdi.
Bu görüşün beş bəndi aşağıdakılardır:
- Azərbaycan Qarabağ bölgəsi ermənilərindən Azərbaycanın tərkibindən ayrılma prosesini dayandırmağı və bunun əvəzində ermənilər ilhaq prosesini gücləndirməyi tələb edib.
- Qondarma Artsax Müdafiə Ordusu kimi tanınan erməni milislərinin silahlı qüvvələri mümkün qədər tez tərksilah edilməlidir.
- Ermənilərə humanitar yardım (ərzaq, dərman və hər hansı zəruri əşyalar daxil olmaqla) və istilik, nəqliyyat vasitələri və elektrik enerjisi istehsalı üçün yanacaq Azərbaycan tərəfindən veriləcək.
- Azərbaycan erməniləri səhiyyə və dərman ehtiyacları və tibbi avadanlıqlarla təmin edəcək.
- Növbəti iclasın ən qısa müddətdə keçirilməsi qərara alınır.
Bu beş bənddən ibarət birgə bəyanatda onun müddəalarının həyata keçirilməsi üçün heç bir konkret müddət və ya çərçivə müəyyən edilməmişdir. Ermənilərin ilhaqı və tərksilahı, separatçı hökumətin fəaliyyətinin dayandırılması və silahların Azərbaycan ordusuna və ya sülhməramlı qüvvələrinə təhvil verilməsi prosesinə aid olan birinci və ikinci bəndlər yerinə yetirilmir.
Diqqətçəkən məqam ondan ibarətdir ki, Azərbaycanın dövlət mediaları və ona bağlı qurumları erməni siyasi nümayəndə heyəti ilə danışıqları qəbul etməmək barədə geniş təbliğat aparsalar da, nəhayət, yerlərdə reallığı qəbul etmək məcburiyyətində qalıblar.
Dövlət mediaları bu görüşü tarixi adlandırıb. Amma bağlı qapılar arxasında keçirilən görüşdən və onun məzmununun dərcindən sonra qələbə üçün yaradılmış ab-hava xeyli dərəcədə səngiyib və hakimiyyət mediası Yevlax razılaşmasını daha da qabarıq şəkildə göstərir.
Media təbliğatı Azərbaycan Silahlı Qüvvələrinin quru əməliyyatlarının nəticələrinə ziyan vurur. Rusiyanın Qarabağ bölgəsindəki sülhməramlı qüvvələrinin komandanlığı təxliyə edilmiş mülki əhalinin öz yaşayış yerlərinə qayıdacağına ümid etdiyini bildirib. Azərbaycan ordusu bir çox əraziləri ələ keçirib və mülki əhalinin ələ keçirilən kəndlərə və mühasirəyə alınmış məntəqələrə qayıtması yalnız Azərbaycan silahlı qüvvələrinin geri çəkildiyi təqdirdə mümkün olacaq.
Rəy