Bakı və Qondarma Artsax atəşkəs barədə razılığa gəliblər

Çərşənbə 20 Sentyabr 2023 - 19:27
https://az.iswnews.com/?p=26121

Qarabağ bölgəsinin erməni silahlı qüvvələrinin Rusiya sülhməramlı qüvvələrinin təklif etdiyi atəşkəslə razılaşmasından sonra Azərbaycan Respublikası bu bölgədə hərbi əməliyyatlarını dayandırır.

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi saytının məlumatına görə, Azərbaycan Respublikasının hərbi əməliyyatının başlamasından bir gün sonra Ermənistan KİV-i iddia edib ki, münaqişə tərəfləri Rusiya sülhməramlı qüvvələrinin nəzarəti altında bu hərbi əməliyyatı dayandırmağa razılaşıblar. Əməliyyatların və toqquşmaların dayandırılmasının İrəvan vaxtı ilə saat 13:00-dan etibarən həyata keçirilməsi nəzərdə tutulur.

Bununla bağlı Azərbaycan Respublikasının Müdafiə Nazirliyi bu razılaşmanı təsdiqləyib və bu gün saat 13:00-dan etibarən Qarabağ bölgəsində “yerli antiterror əməliyyatları”nın dayandırılması barədə razılığın əldə edildiyini açıqlayıb. Sputnik xəbər agentliyi onu da bildirib ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi bu gün saat 13:00-dan etibarən Qarabağda “yerli antiterror əməliyyatları”nı dayandırıb.

Nazirlik həmçinin iddia edib ki, Azərbaycan Respublikasının silahlı qüvvələri fəaliyyətini dayandırmağa razılıq verməzdən əvvəl Ermənistanda 90-dan çox döyüş bazasını nəzarətə götürüb.

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi hərbi əməliyyatların dayandırılmasını aşağıdakı şərtlərlə şərtləndirib:

1- Qarabağdakı erməni silahlı birləşmələri və qeyri-qanuni silahlı təşkilatlar silahlarını yerə qoymalıdırlar.

2- Döyüş mövqelərini və hərbi postlarını tərk edərək tam tərksilah olunaraq Azərbaycan Respublikasının ərazisini tərk etmək.

3- Qanunsuz milis qrupları dağıdılmalı və eyni zamanda bütün silah və ağır texnika təslim edilməlidir.

Bu nazirliyin açıqlamasına görə, bütün bu proseslərin həyata keçirilməsi Rusiya sülhməramlı qüvvələri ilə razılaşdırılmaqla təmin edilir.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir