Azərbaycan Respublikası Qarabağ bölgəsində yeni hərbi əməliyyata başlayıb + VİDEO və XƏRİTƏ

Çərşənbə axşamı 19 Sentyabr 2023 - 23:26
https://az.iswnews.com/?p=26114

Azərbaycan Respublikasının ordusu artilleriya atəşi və pilotsuz uçuş aparatlarından istifadə etməklə Qarabağ bölgəsindəki hərbi mövqeləri hədəfə alıb. Azərbaycan ordusunun bəyanatı Qarabağ bölgəsində ermənilərə qarşı yeni hərbi əməliyyatın başladığını göstərir.

Bu gün günorta saatlarında Azərbaycan ordusu bəyanat yaymaqla qondarma Qarabağ hökumətinə qarşı “yerli antiterror əməliyyatı”na başladığını rəsmən elan edib. Azərbaycan hökuməti bəyan edib ki, bu əməliyyatın məqsədi Qarabağ bölgəsində olan erməni silahlı qüvvələrini tərksilah etmək və ölkədən çıxarmaq və regionda təhlükəsizliyi bərpa etməkdir. Bu açıqlamada əməliyyatın Rusiya və Türkiyənin koordinasiyası və məlumatı ilə həyata keçirildiyi bildirilir.

Azərbaycan Respublikasının hərbi əməliyyatı bu gün səhər saatlarında qondarma Artsax qüvvələrinin təmas xətti yaxınlığında yerləşdirdiyi güman edilən minaların partlaması nəticəsində Azərbaycan Respublikasının 7 hərbi qulluqçusunun həlak olmasından sonra həyata keçirilib.

Döyüş səhnəsində və mövcud vizual məlumatlara əsasən Azərbaycan Respublikası Ordusunun artilleriyası Qarabağ bölgəsinin mərkəzi Xankəndidə qondarma Artsax qüvvələrinin müdafiə sistemini bir neçə İsrail “Laura” raketləri ilə hədəfə alıb.

Xankəndidə Qondarma Artsax qüvvələrinin müdafiə sisteminin “Laura” raketləri ilə hədəfə alınması
Azərbaycan Respublikası tərəfindən Xankəndiyə doğru “Laura” raketlərinin buraxılışı

Bu hücumla eyni vaxtda həmin bölgə üzərində Azərbaycan Respublikasının pilotsuz təyyarələri də müşahidə edilib; Kamikadze pilotsuz uçan aparatların səsindən belə görünür ki, Azərbaycan ordusu İsrailin “Harop” pilotsuz uçan aparatlarından istifadə etməklə erməni mövqelərinə növbəti hücum həyata keçirib.

Qarabağ bölgəsi üzərində kamikadze pilotsuz uçan aparatların uçuşları

Həmçinin, tərəflərin təmas xəttində ara-sıra münaqişələr davam edir. Bəzi mülki şəxslərin də yaralandığı barədə məlumatlar var.

Yeni müharibə və Qarabağ bölgəsində gedən döyüşlər aydın və gözlənilən hadisə idi. Yarımçıq və qeyri-müəyyən atəşkəs razılaşması ilə İkinci Dağlıq Qarabağ müharibəsindən sonra bölgədə vəziyyətin yeni müharibəyə doğru gedəcəyi bəlli idi. Son üç ildə Ermənistan müxtəlif daxili xaosa və yanlış qərarlara qarışıb, digər tərəfdən isə Azərbaycan hökuməti hərbi-siyasi gücünü gücləndirərək, daha çox planlar quraraq növbəti müharibəyə hazırlaşırdı.

Rusiyanın hazırkı vəziyyətini və Ukraynadakı müharibəni və Ermənistan cəbhəsində mövcud olan fikir ayrılıqlarını nəzərə alsaq, Qarabağ bölgəsi ermənilərinin şübhəsiz ki, deyəcək heç bir şeyləri olamayacaq. Azərbaycan tərəfindən bu regionla bağlı məsələnin həllindən və nəzarətə götürməsindən sonra, Zəngzur planı və Ermənistanın cənub ərazilərinin nəzarətə götürülməsi Azərbaycan hökumətinin gündəmində daha çox yer alacaq.

Qarabağ bölgəsindədəki son hərbi vəziyyətin xəritəsi – Tam ölçüdə baxmaq üçün klikləyin
Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir