Türk PUA-ları Sincarda YBS üzvlərinə qarşı terror aktı törədiblər

Bazar ertəsi 24 Yanvar 2022 - 01:15
https://az.iswnews.com/?p=259

İslam Dünyası Xəbərləri informasiya mərkəzi xəbər verir ki, Türkiyəyə məxsus PUA-ların İraqın qərbindəki Neynəva əyalətinin Sincar şəhərinin kənarında Sincar Müqavimət Qüvvələrinə (YBS) məxsus avtomobili vurması nəticəsində iki nəfər öldürülüb.

Yanvarın 21-də Türkiyəyə aid PUA-lar Suriya və İraqda kürd qüvvələrinə qarşı məqsədyönlü sui-qəsdlər həyata keçirməyə davam edərək Sincarın kənarındakı Bab Şalo bölgəsində iki YBS avtomobilini hədəfə alıblar, bir cəbhə komandiri və bir YBS qüvvəsini öldürüblər, bir neçə nəfər yaralanıb, yaralılardan ikisinin vəziyyəti ağırdır. Sui-qəsdin hədəfinin Sincar müqavimət komandirlərindən biri olan Süleyman Yusifin olduğu bildirilir.

Həmçinin avqustun 16-da Türkiyə hərbi PUA-ları İraqın Neynəva vilayətinin qərbində yerləşən Sincarda Həşd-Şəbi komandirləri və kürd qruplaşmalarına məxsus avtomobili hədəfə almışdır. Bu hücumda son aylarda 80-ci briqada şəklində Həşd əş-Şəbiyə qoşulan YBS-nin keçmiş yezidi (İzədi) komandiri Səid Həsən Səid şəhid olub, üç nəfər yaralanmışdır.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir