İraqın xarici işlər naziri İrana səfər edəcək

Çərşənbə axşamı 12 Sentyabr 2023 - 22:55
https://az.iswnews.com/?p=25837

İraqın xarici işlər naziri İran rəsmiləri ilə görüşmək və bəzi məsələləri müzakirə etmək üçün Tehrana səfər edəcək.

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi saytının məlumatına görə, İraqın xarici işlər naziri Fuad Hüseyn İran rəsmiləri ilə görüşmək üçün sabah (çərşənbə günü) rəsmi səfərlə Tehrana səfər edəcək.

Fuad Hüseyn İrana o vaxt gəlir ki, İran silahlı qüvvələrinin komandirlərinin sözlərinə görə, İraq hökumətinin İraq Kürdüstanı bölgəsindəki terrorçu qrupları tərksilah etmək üçün verdiyi müddət sentyabrın 19-da başa çatır.

Görünür, Fuad Hüseynin İrana səfəri vaxt qazanmaq və İraqın Kürdüstan bölgəsində yerləşən antiinqilabçı qrupların ölkədən çıxarılması ilə bağlı Tehranın Bağdada verdiyi müddəti uzatmaq, habelə təhlükəsizlik sahəsində əməkdaşlığın artırılması ilə bağlı məsləhətləşmələr aparmaq məqsədi daşıyır.

Qeyd edək ki, İraqın xarici işlər naziri İrana səfərindən əvvəl İraq mediası ilə söhbətində İraq konstitusiyası heç bir tərəfə İraq ərazisindən qonşu ölkələrə hücum etmək üçün istifadə etməyə icazə vermədiyini və İraqın lazımi tədbirlər görəcəyini bildirib.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir