Səudiyyə vəliəhdi Omanda Ənsarullah danışıqlarının rəsmisi ilə görüşüb

Çərşənbə axşamı 12 Sentyabr 2023 - 16:12
https://az.iswnews.com/?p=25808

Yəmənin istefa vermiş hökumətinin rəsmiləri və mediası Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsinin Omana səfəri zamanı Ənsarullah rəsmiləri ilə görüşünü açıqlayıb.

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi saytının məlumatına görə, istefa vermiş Yəmən hökumətinin vitse-prezidenti general Əli Möhsün Əl-Əhmar Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salmanın Omana səfəri zamanı Ənsarullah sözçüsü və Yəmən Qurtuluş Hökumətinin danışıqlar rəhbəri Məhəmməd Əbdüs Salam ilə görüşdüyünü iddia edib.

Həmçinin Yəmənin istefa vermiş hökumətinə yaxın media Səudiyyə Ərəbistanının müdafiə naziri Xalid bin Salmanın Yəmənin istefa vermiş hökumətinin Prezident Şurasının sədri Rəşad Əl-Əlimi ilə telefon danışığı barədə məlumat yayıb.

Bin Salman və Əbdül Salam arasındakı görüşün, eləcə də Əl-Əlimi ilə telefon danışığının daha ətraflı təfərrüatları dərc olunmayıb, lakin bu xəbər doğrudursa, yaxın günlərdə Sülh razılaşmasının meydana gəlməsinə səbəb olacaq danışıqlarda dəyişikliklərin şahidi olacağımız gözlənilir.

Daha ətraflı: Oman Ənsarullah və Səudiyyə Ərəbistanı arasında aparılan danışıqlarda vasitəçilik edir

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir