İraqda baş verən son hadisələr, 12 Sentyabr 2023
İraqın Həşd-Şəəbi Təşkilatının 12-ci Briqadasının qüvvələri Bağdadın şimalında yerləşən Tarimiyyə bölgəsində bu bölgənin təhlükəsizliyini artırmaq və həmçinin İŞİD ünsürlərini təqib edib həbs etmək üçün təhlükəsizlik əməliyyatına başlayıb.
1- Bağdad:
- Avqustun 30-da ABŞ-ın İraqdakı səfiri Alina Romanovski İraqın müdafiə naziri Sabit Məhəmməd Əl-Əbbasi ilə görüşüb və bəzi məsələləri, o cümlədən təhlükəsizlik məsələlərini müzakirə edib.
- Avqustun 28-də İraq Dövlət Təhlükəsizliyi Xidmətinin bəyanatında deyilir: “Terrorla Mübarizə İdarəsinin apardığı təfərrüatlı məlumat qiymətləndirmələrinə görə, daxili işlər nazirinin İŞİD qalıqlarını təqib etmək və həbs etmək əmrlərinin icrasına uyğun olaraq İraq Dövlət Təhlükəsizliyi Xidmətinin Bağdaddakı bölmələri, İŞİD terror qruplaşmasının 3 üzvü İraqın paytaxtında müəyyən edilərək həbs edilib”.
- İraqın Həşd-Şəəbi Təşkilatının 12-ci Briqadasının qüvvələri Bağdadın şimalında yerləşən Tarimiyyə bölgəsində bu bölgənin təhlükəsizliyini artırmaq və həmçinin İŞİD ünsürlərini təqib edib həbs etmək üçün təhlükəsizlik əməliyyatına başlayıb.
2- Süleymaniyyə:
- Avqustun 30-da İraq Kürdüstanının Çaçmaal bölgəsində Emirates Daneh Gas Company-nin idarəçiliyində olan Kormor qaz yatağı naməlum şəxslər tərəfindən raket hücumuna məruz qalıb. Bu hücumda heç bir itki olmayıb və hələlik heç bir qruplaşma buna görə məsuliyyəti üzərinə götürməyib.
- Sentyabrın 9-da İraq Kürdüstan Bölgəsinin terrorla mübarizə agentliyi Kürdüstan Fəhlə Partiyasının (PKK) iki üzvünün Süleymaniyyə vilayətinin Maut şəhərinə Türkiyə pilotsuz təyyarəsinin hücumu nəticəsində öldüyünü açıqlayıb.
3- Səlahəddin:
Avqustun 31-də İraqın Birgə Əməliyyat Komandanlığı ölkənin Hərbi Hava Qüvvələrinə məxsus F-16 qırıcılarının Səlahəddin Əməliyyat Komandanlığının ərazisində Əl-İs bölgəsində İŞİD terror qruplaşmasının sığınacaqlarını hədəfə aldığını açıqlayıb. 3 terrorçu məhv edilib, 4 sığınacaq dağıdılıb.
4- Avqustun 28-də Türkiyə Müdafiə Nazirliyi İraqın şimalında keçirilən “Qıfıl Pəncəsi” əməliyyatı zamanı bu ölkənin daha bir əsgərinin öldüyünü açıqladı.
5- Sentyabrın 6-da Amerika koalisiyasına məxsus bir neçə yük maşını İraq Kürdüstanı sərhədindən və qeyri-qanuni Əl-Valid keçidindən Suriyanın Həsəkə vilayətindəki Amerika bazalarına daxil olub.
6- Sentyabrın 7-də İraqın daxili işlər naziri Əbdül Əmir Əl-Şammari bu ölkədə xüsusi Ərbəin təhlükəsizlik planının başa çatdığını elan etdi. Əl-Şəmmari bildirib ki, təhlükəsizlik bölmələri hazırlıq vəziyyəti başa çatdıqdan sonra normal vəziyyətə qayıdıb.
7- Sentyabrın 7-də İraqın milli təhlükəsizlik müşaviri Qasim Əl-Əərəci sosial şəbəkələrdəki şəxsi səhifələrindən birində bildirib ki, Bağdad İranla təhlükəsizlik sazişinin həyata keçirilməsi üçün geniş səylər göstərir.
Daha çox oxuyun: İraq Milli Təhlükəsizlik Müşaviri: Bağdad İranla təhlükəsizlik razılaşmasını həyata keçirməyə çalışır
8- Sentyabrın 9-da İraq Hərbi Kəşfiyyat İdarəsi bir bəyanat dərc edərək elan etdi: “İraqın təhlükəsizlik və kəşfiyyat qüvvələri ayrı-ayrı araşdırmalar zamanı və dəqiq kəşfiyyat məlumatlarına əsaslanaraq, Bağdad və Əl-Ənbar vilayətlərində İŞİD terror qruplaşmasının 5 üzvünü həbs etməyə nail oldular”.
9- Qərbi Asiyadakı Amerika Terror Qərargahı (CENTCOM) İraq və Suriyada İŞİD-ə qarşı 36 müştərək əməliyyatın həyata keçirildiyini və terror qruplaşmasının ən azı 7 üzvünün öldürüldüyünü açıqlayıb.
Daha çox oxuyun: CENTCOM tərəfindən İraq və Suriyada 36 əməliyyat keçirilib
10- Sentyabrın 11-də yerli mənbələrə görə, Amerika koalisiyasına aid bir karvan Suriya sərhədindən və Fişxabur keçidindən İraqın Kürdüstan bölgəsinə daxil olub.
Rəy