İraq Milli Təhlükəsizlik Müşaviri: Bağdad İranla təhlükəsizlik razılaşmasını həyata keçirməyə çalışır

Cümə 8 Sentyabr 2023 - 21:10
https://az.iswnews.com/?p=25694

İraqın milli təhlükəsizlik müşaviri vurğulayıb ki, bu ölkə İranla təhlükəsizlik sazişinin həyata keçirilməsi üçün geniş səylər göstərir.

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi saytının məlumatına görə, İraqın Milli Təhlükəsizlik Müşaviri Qasim Əl-Əərəci sentyabrın 7-də sosial şəbəkələrdəki şəxsi səhifələrindən birində bildirib ki, Bağdad İranla təhlükəsizlik sazişinin həyata keçirilməsi üçün geniş səylər göstərir.

O, əlavə edib ki, biz iki qonşu ölkə arasında münasibətlərin iki ölkənin və millətin mənafeyinə uyğun möhkəmlənməsi, regionun təhlükəsizliyi və sabitliyinin möhkəmləndirilməsi istiqamətində güclü səylərimizi vurğulayırıq.

Bundan əvvəl İraq hökumətinin sözçüsü Basim Əl-Əvvadi də İraqın İranla razılaşma ilə bağlı öhdəliklərini yerinə yetirdiyini vurğulamışdı.

Əl-Əvvadi bildirib ki, İraqın suverenliyi İraqın sərhədlərini istənilən təcavüzdən qorumaq üçün təhlükəsizlik anlaşmalarını tələb edir, buna görə də İraq İranla silahlı şəxslərin ölkəyə girişinin qarşısının alınması, axtarışda olan şəxslərin təhvil verilməsi, tərksilah edilməsi və düşərgələrin məhv edilməsi üçün saziş imzalayıb və həyata keçirib.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir