İraq niyə öz dəmir yollarını İranla birləşdirmir?
“İslam Dünyası Xəbərləri” informasiya mərkəzinin məlumatına görə, ABŞ və bəzi ölkələr bu marşurutun yaranmasına mane olur.
İran-İraq dəmir yolunu birləşdirən tilsim illərdir pozulmayıb. Bu, İranın öz dəmir yollarını İraq sərhədinə qədər genişləndirdiyi və iraqlılara dəfələrlə İraq torpaqlarında dəmir yolu xəttinin tikintisinə sərmayə qoymağa hazır olduğunu bildirdiyi bir vaxtdadır. Lakin iraqlıların özləri də dəmir yollarını İranla birləşdirmək istəmirlər.
Bəs məsələ nədən ibarətdir?
İran-İraq dəmir yolu əlaqəsi İranı ərəb marşrutu ilə Avropaya apara bilər; İraq, Suriya, Livan və Aralıq dənizinə gedən marşrut. Bu marşrut İranın Türkiyə və ya Azərbaycan Respublikası üzərindən Avropaya çıxışı üçün alternativ yol ola bilər, ancaq daş atan İraq tərəfidir.
Ekspertlər hesab edir ki, ABŞ və bəzi ölkələrin müdaxiləsi İranın bu mühüm tranzit marşrutuna çatmasına mane olub.
Rəy