İraqın şimalında Türkiyə əsgəri həlak olub
Türkiyə Müdafiə Nazirliyi İraqın şimalında keçirilən “Qıfıl Pəncəsi” əməliyyatı zamanı bu ölkənin daha bir əsgərinin öldüyünü açıqlayıb.
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi saytının məlumatına görə, Türkiyə Müdafiə Nazirliyi İraqın şimal bölgələrində keçirilən “Qıfıl Pəncəsi” əməliyyatı zamanı bir əsgərinin həlak olduğunu elan edib. Türkiyə Müdafiə Nazirliyinin açıqlamasına görə, bu əsgər İraqın şimalında bomba partlaması hadisəsi nəticəsində yaralanıb və aldığı xəsarətlər ağır olduğundan tibb mərkəzinə aparıldıqdan sonra dünyasını dəyişib.
Beləliklə, keçmiş Türkiyə müdafiə naziri Hulusi Akarın fərmanı ilə Şimali İraqda PKK silahlılarına qarşı 18 aprel 2022-ci il səhər saatlarında başlayan “Qıfıl Pəncəsi” əməliyyatında Türkiyə ordusunun itkiləri 86-ya çatdı.
Xatırladaq ki, avqustun 10-da Türkiyə Müdafiə Nazirliyi İraqın şimalında keçirilən “Qıfıl Pəncəsi” əməliyyatı zamanı bu ölkənin 6 əsgərinin həlak olduğunu açıqlamışdı.
Rəy