Ədəndəki etirazları elektrik enerjisinin kəsilməsi alovlandırıb + FOTO
Yəmənin Ədən şəhərinin əhalisi bölgənin müxtəlif ərazilərində ağır həyat şəraiti və davam edən təhlükəsizlik vəziyyətinə etiraz olaraq yolları bağlayıb, təkərlər yandırıblar.
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi saytının məlumatına görə, Ədən şəhərinin Mənsurə, Xormaksar, Şeyx Osman və Kariter bölgələrinin əhalisi avtomobillərin hərəkətinin qarşısını almaq üçün təkərləri yandırıb, yolları bağlayıb, avtomobilləri dayandırıblar. Etirazçılar həmçinin, Səudiyyə koalisiya qüvvələrinin Ədəndən çıxarılmasını və hökumət rəsmilərinin istefasını tələb edən şüarlar səsləndiriblər.
Bu etirazların əsas səbəbi isti yay günlərində 16 saat elektrik enerjisinin kəsilməsi və istefa vermiş hökumətin və Cənub Keçid Şurası rəsmilərinin diqqətsizliyidir. İstefa vermiş hökumətin rəsmiləri iddia ediblər ki, Ənsarullahın neft və qaz ixracının qarşısının alınması istiqamətində hərəkətləri Yəmənin cənub elektrik stansiyalarına yanacaq verilməsinin dayandırılmasına səbəb olub.
Ədənlilərin yaşayış şəraiti ilə bağlı etirazları yayın əvvəlindən məhdud müddət və gecələr davam etsə də, bu, Ədənin yaşayış şəraitinin dəyişməsinə səbəb olmayıb. Yerli mənbələrin məlumatına görə, Ədəndən sonra Ləhic və Əbyən əyalətlərində də elektrik enerjisi kəsiləcək və Yəmənin işğal olunmuş ərazilərində kütləvi nümayişlərin keçirilməsi ehtimalı artacaq.
Rəy