Amerika səfiri Tacikistanda günəş elektrik stansiyasının açılışını edib + FOTO
ABŞ-ın Tacikistandakı səfiri Manuel Mikler Marqab günəş elektrik stansiyasının açılış mərasimində deyib: “Bu elektrik stansiyası milli hökumətlərin, beynəlxalq yardım təşkilatlarının və özəl şirkətlərin regiondakı ən böyük problemləri həll etmək üçün öz güclərindən necə istifadə edə biləcəklərini göstərir”.
Qeyd edək ki, Tacikistanın əsas problemlərindən biri enerji təchizatı məsələsidir. Marqab Günəş Elektrik Stansiyası bu bölgənin əhalisinin ehtiyaclarını ödəmək üçün ötən illərdə tikilmiş layihələrdən biridir, lakin onun gücü məhdud idi və bu bölgə əhalisinin gündəlik ehtiyaclarını yalnız qısa saatlarla təmin edirdi. Bu elektrik stansiyasının təkmilləşdirilməsi ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) və Pamir Enerji Şirkətinin əməkdaşlığı ilə həyata keçirilib və onun gücü əvvəllər 200 kVt idisə, amerikalıların əməkdaşlığı və sərmayəsi ilə 800 kVt-a çatdırılıb.
Rəy