Dəməşqin ətrafına İsrail hava hücumu; Suriya əsgəri yaralanıb

Çərşənbə axşamı 22 Avqust 2023 - 22:30
https://az.iswnews.com/?p=25570

Sionist rejim qırıcıları Suriya paytaxtının ətraf məntəqələrindəki hədəflərə bir neçə raket zərbəsi endirib, nəticədə bir suriyalı hərbçi yaralanıb.

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi saytının məlumatına görə, bazar ertəsi günü yerli vaxtla saat 23:05 radələrində sionist rejim işğal olunmuş Qolan təpələrindən bir neçə raketlə Dəməşqin ətrafındakı hədəflərə hücum edib. Hava hücumundan müdafiə qüvvələri raketlərin bir neçəsini vura bilib. Bu hücum bir suriyalı əsgərin yaralanması və maddi ziyanla nəticələnib.

Qırıcıların Dəməşqə hücumundan sonra sionist rejim ordu radiosu iddia edib: “İordan çayının qərb sahilində anti-İsrail əməliyyatları və İran tərəfindən bu bölgəyə silah göndərilməsinə cavab olaraq Dəməşqdə İran İslam İnqilabı Keşikçiləri ilə bağlı hədəflər vurulub”.

Qeyd edək ki, avqustun 7-də sionist rejim qırıcıları işğal altındakı Qolandan bir neçə raket ataraq, Dəməşq ətrafında yerləşən hədəflərə hücum etmişdir. Bu hücum 4 Suriya əsgərinin şəhid olması, daha 4 əsgərin yaralanması və maddi ziyanla nəticələnmişdir.

Daha çox oxuyun: İsrailin Dəməşqə hava hücumu; Dörd Suriya əsgəri şəhid olub

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir