İşğal altındakı Fələstində Netanyahuya qarşı sionistlərin etiraz aksiyaları davam edir

Bazar 20 Avqust 2023 - 13:41
https://az.iswnews.com/?p=25494

Minlərlə sionist işğal olunmuş Fələstinin Təl-Əviv və bir sıra digər şəhərlərində 33-cü həftədir ki, sionist rejimin baş nazirinin məhkəmə islahatı proqramına etiraz əlaməti olaraq aksiya keçirib.

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi saytının məlumatına görə, avqustun 19-da minlərlə sionist mühacirlər işğal olunmuş ərazilərin müxtəlif şəhərlərində, o cümlədən Təl-Əviv və Qüdsdə sionist rejimin baş naziri Benyamin Netanyahuya qarşı etiraz aksiyaları keçiriblər.

İsrail ordusunun minlərlə ehtiyatda olan əsgəri xidmətdən imtina etdikdən sonra ivrit dilli medialar İsrail ordusunun ehtiyat qüvvələrində xidmətdən imtina ilə bağlı hava qüvvələrinin şəxsi heyəti ilə başlayan böhranın indi ordunun daimi və xidmət edən qüvvələrinə də sirayət etdiyini açıqlayıb.

Qeyd edək ki, hər həftənin şənbə günləri işğal olunmuş Fələstinin müxtəlif şəhərlərində sionistlərin etiraz aksiyası davam edir. Netanyahunun məhkəmə islahatları proqramına etiraz olaraq keçirilən bu aksiyalar artıq ardıcıl 33-cü həftəyə daxil olub.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir