Deyr əz-Zor əyalətində İŞİD-in Suriya ordusuna məxsus avtobusa hücumu nəticəsində 20 şəhid və 10 yaralı var

Cümə 11 Avqust 2023 - 16:18
https://az.iswnews.com/?p=25359

İŞİD terror qruplaşmasının Əl-Məyadin ətrafında suriyalı əsgərləri daşıyan avtobusa hücumu nəticəsində azı 20 Suriya əsgəri şəhid olub, 10-u yaralanıb.

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi saytının məlumatına görə, İŞİD terror qruplaşmasının ünsürləri bu gün avqustun 11-də Əl-Məyadin səhrasında Suriya ordusunun 17-ci diviziyasının əsgərlərini daşıyan avtobusu pusquya salıb. Bu terror aktı zamanı azı 20 nəfər Suriya əsgərləri şəhid olub, daha 10 nəfər yaralanıb.

Bu hadisədən sonra Əl-Məyadin şəhərindən hadisə yerinə yardımçı qüvvələr göndərilib. Bununla bağlı əlavə təfərrüatlar açıqlanmayıb.

Qeyd edək ki, son illərdə Suriya səhrası və Deyr əz-Zor və Homs əyalətlərinin müxtəlif bölgələri Suriya ordusunun davamlı əməliyyatlarına baxmayaraq, İŞİD ünsürlərinin hər gün dinc əhaliyə, qurğulara və hərbi qərargahlara qarşı əməliyyatlarının şahidi olub. Həmçinin Suriya səhrasının təmizlənməsi əməliyyatları zamanı Suriya ordusunun yüzlərlə qüvvəsi və müttəfiqi şəhid olub, lakin İŞİD-in gizli yerləri hələ də bu ərazilərdə mövcuddur və terror hərəkətləri ilə Suriyanın bəzi bölgələrinin təhlükəsizliyinə təsir edir.

İŞİD terror qruplaşması bəyanat yayaraq Deyr əz-Zor əyalətinin Əl-Məyadin səhrasında Suriya ordusunun 17-ci diviziyasının əsgərlərini daşıyan avtobusa hücumun məsuliyyətini üzərinə götürüb.
Tam ölçüdə baxmaq üçün klikləyin
Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir