İvritdilli medialar: Təl-Əvivdəki anti-İsrail əməliyyatı təhlükəsizlik baxımından böyük bir uğursuzluq idi!

Bazar ertəsi 7 Avqust 2023 - 23:07
https://az.iswnews.com/?p=25286

Təl-Əvivdəki bir gənc fələstinlinin son anti-İsrail əməliyyatına toxunan ivritdilli medialar bunu rejimin təhlükəsizlik baxımından böyük uğursuzluğu hesab edib.

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi saytının məlumatına görə, Kamil Əbu Bəkr adlı fələstinli gəncin Təl-Əvivdə bir sionistin ölümü və bir neçəsinin yaralanması ilə nəticələnən silahlı əməliyyatından sonra, İsrailin Kanal 14 müxbiri Hillel Beyton Rozin deyib: “Təl-Əvivdə baş verənlər, böyük bir təhlükəsizlik uğursuzluğudur. Təl-Əvivdə bu əməliyyatı həyata keçirən fələstinli gənc ordu tərəfindən axtarışda idi və İsrail ordusu altı ay əvvəldən onu təqib edirdi”.

Daha çox oxuyun: Təl-Əvivdə anti-İsrail əməliyyatı; Bir sionist öldürüldü + FOTO və VİDEO

Rozin vurğulayıb: “Bütün İsrail təhlükəsizlik rəsmiləri, artıq təhlükəsizlik sisteminə məlum olan axtarışda olan fələstinli şəxsin Cenin düşərgəsinin mərkəzindən Təl-Əvivin ürəyinə necə yol açdığını izah etməlidir!”

Bununla bağlı ivritdilli “Yediot Aharonot” qəzeti də yazıb: “Təl-Əvivdə anti-İsrail əməliyyatının icraçısı Kamil Əbu Bəkr sionist ordusu və Şin Bet tərəfindən axtarışda idi və təhlükəsizlik orqanlarına sıza bilən cinayətkarlardan fərqli olaraq Sistemdə əməliyyat etmədən əvvəl, onun bu məsələlərdə təcrübəsi var idi”.

İsrail əleyhinə əməliyyatın, Tel-Əvivdə anti-İsrail nümayişinin başlamasına saatlar qalmış baş verdiyini nəzərə alan ivritdilli medialar İsrail polis qüvvələrinin əməliyyat icraçısının Kaplandakı etiraz aksiyasında iştirak etmək niyyətində olub-olmadığını və orada silahlı hücum edib və ya etməmək istəyində olduğunun araşdırılmasını açıqlayıb.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir