İŞİD lideri öldürüldü, sözçüsü həbs olundu!

Cümə 4 Avqust 2023 - 11:44
https://az.iswnews.com/?p=25164

İŞİD terror qruplaşmasının yeni sözçüsü onun liderinin ölümünü və bu terror qruplaşmasının keçmiş sözçüsü Türkiyə Kəşfiyyat Təşkilatı tərəfindən həbs olunduğunu açıqlayıb.

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi saytının məlumatına görə, avqustun 3-də İŞİD terror qruplaşmasının mediası İŞİD-in yeni sözçüsü Əbu Huzeyfə Əl-Ənsaridən “Fəstəbşiru Bi Bəyukumulləzi Bayətum Bihi” başlıqlı səs mesajı yayımlayaraq, İŞİD-in keçmiş lideri “Əbul Hüseyn Əl-Hüseyni Əl-Qurəşi”nin ölümünü və “Əbu Həfs Əl-Haşimi Əl-Qurəşi”nin yeni lider təyin olunduğunu bildirib.

Bu audio mesajda keçmiş İŞİD liderinin ölüm tarixi və yeri kimi təfərrüatlar qeyd edilmir. İŞİD-in yeni sözçüsünün səsli mesajına görə, bu terror qruplaşmasının keçmiş sözçüsü Əbu Ömər Əl-Mühacir Türkiyə Kəşfiyyat Təşkilatı tərəfindən həbs edilib.

Xatırladaq ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 2023-cü il aprelin 30-da televiziyaya verdiyi müsahibədə Türkiyə kəşfiyyatının İŞİD terror qruplaşmasının keçmiş lideri Əbul Hüseyn Əl-Qurəşini uzun müddət təqib etdikdən sonra nəhayət, aprelin 29-da Suriyadakı keçirilən əməliyyatda öldürdüklərini iddia etmişdi. Bu müsahibədən sonra Suriya Demokratik Qüvvələrinin (SDQ) media mərkəzinin rəhbəri Fərhad Şami öz Twitter səhifəsində İŞİD-in keçmiş lideri Əbul Hüseyn Əl-Hüseyni Əl-Qurəşinin Suriyanın Hələb əyalətində yerləşən Cendris məntəqəsində Əhrar Əl-Şərqiyyə terrorçularına bağlı hərbi mərkəzdə öldürüldüyünü açıqlamışdır.

Həmçinin, 2022-ci il noyabrın 30-da İŞİD terror qruplaşmasına yaxın media İŞİD-in keçmiş sözçüsü Əbu Ömər Əl-Mühacirə istinadən Əbul Həsən Əl-Haşimi Əl-Qürəşinin ölümü və Əbul Hüseyn Əl-Hüseyni Əl-Qurəşinin yeni rəhbər təyin edilməsi barədə məlumat yaymışdır.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir