Pakistanda terror partlayışı; 250-dən çox insan həlak olub və yaralanıb + VİDEO və FOTO
“İslam Alimlər Cəmiyyəti” partiyasının Pakistanın Hayber-Paxtunxva əyalətində keçirilən konfransda törədilən terror partlayışı nəticəsində 250-dən çox mülki şəxs həlak olub və yaralanıb.
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi saytının məlumatına görə, dünən 30 iyul tarixində Hayber-Paxtunxva əyalətində yerləşən Bacaur Agency məntəqəsində Mövlana Fəzlur Rəhmanın rəhbərlik etdiyi İslam Alimlər Cəmiyyəti partiyasının məşhur konfransında törədilən terror partlayışı nəticəsində 40 nəfər, o cümlədən “İslam Alimlər Cəmiyyəti”nin liderlərindən biri Mövlana Ziaullah Can Haqqani öldürülüb, 200-dən çox mülki şəxs yaralanıb.
Pakistan rəsmiləri və yüksək vəzifəli şəxslər bu hücumu kəskin qınayıblar. Əfqanıstanın Taliban hökumətinin sözçüsü Zəbihullah Mücahid də bu hücuma reaksiya verərək, İslam Alimlər Cəmiyyəti tərəfdarlarının toplantısında terror partlayışını şiddətlə pisləyən bəyanat verib və bunu insanlığa qarşı cinayət kimi qiymətləndirib.
Əfqanıstan Talibanının tez bir zamanda qınamasının vacibliyi ondan ibarətdir ki, Təhrik- e-Cihad Pakistan qruplaşmasının Hayber-Paxtunxvadakı fəaliyyəti ilə Əfqanıstan Talibanı Pakistanda təhlükəsizliyin əsas günahkarına çevrilib.
Pakistandakı bəzi yerli və hökumət əleyhinə mənbələrin hesab etdiyi, bu hücumların Pakistan ordusunun kəşfiyyat təşkilatı tərəfindən Pakistanın dini təbəqələri arasında gərginlik və ayrılıq yaratmaq və münaqişələri Əfqanıstana yönəltmək məqsədi ilə hazırlandığı fərziyyələrlə birgə İŞİD terror qruplaşması bu cinayətə görə məsuliyyəti öz üzərinə götürüb.
Daha çox oxuyun: “Təhrik-e-Cihad Pakistan”ın Bəlucistanda Pakistan Ordusuna qarşı ikinci ölümcül hücumu + VİDEO və FOTO
Rəy