Əfqanıstanın şimalındakı neft yataqlarında Çin şirkətlərinin fəaliyyəti artıb
Sərepol şəhəri ətrafında yerləşən Qaşqari neft yatağının neft hasilat miqdarını artırmaq məqsədilə Çinin “F-China” şirkəti bu neft sahəsinin 8 nömrəli quyusunda qazma işlərinə başlayıb.
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi saytının məlumatına görə, Taliban hökumətinin Mədən və Neft naziri Moləvi Şahabuddin Delavər “F-China” şirkətinin rəhbəri Şi Ci Çenq ilə görüşüb. Görüşdə üç aylıq planın icrası və şirkətin fəaliyyətinin sürətləndirilməsi, “F-China” şirkətinin üzərinə götürdüyü öhdəliklərə əməl olunması və Amudərya yataqlarından neftin çıxarılmasında şəffaflıq məsələləri müzakirə edilib.
Çinin “F-China” şirkəti iyunun 5-də Taliban hökumətinin Mədən və Neft Nazirliyi ilə Əfqanıstanın şimalındakı Amudərya hövzəsindən neft hasilatı müqaviləsi imzalayıb və bundan sonra bu sahədə hasilat və qazma işlərini gücləndirib.
Daha çox oxuyun: Çin Əfqanıstanın şimalında neft hasilatına başlayıb + FOTO və VİDEO
Rəy