İşğal olunmuş ərazilərdə Netanyahuya qarşı etiraz aksiyasıyaları davam edir

Bazar 30 İyul 2023 - 17:40
https://az.iswnews.com/?p=24959

Minlərlə sionist Təl-Əviv və işğal olunmuş Fələstinin bir sıra şəhərlərində 30-cu həftədir ki, sionist rejimin baş nazirinin məhkəmə islahatları proqramına etiraz olaraq etiraz aksiyası keçirib.

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi saytının məlumatına görə, iyulun 29-da minlərlə sionist mühacir Təl-Əviv və Qüds də daxil olmaqla işğal olunmuş ərazilərin müxtəlif şəhərlərinin prospektlərində sionist rejimin baş naziri Benyamin Netanyahuya qarşı etiraz aksiyası keçiriblər.

Bununla bağlı ivrit dilli “Yedioth Ahronoth” qəzeti işğal olunmuş ərazilərdəki 150-dən çox ərazidə 370 mindən çox israillinin Netanyahu hökumətinin məhkəmə islahatları planına etiraz etdiyini açıqlayıb. Bu qəzet Tel-Əvivdə Kabulan prospektində keçirilən nümayişdə 200 mindən çox insanın iştirak etdiyini qeyd edib.

Qeyd edək ki, hər həftənin şənbə günləri işğal olunmuş Fələstinin müxtəlif şəhərlərində sionistlərin etiraz aksiyası davam edir. Netanyahunun məhkəmə islahatları proqramına etiraz olaraq keçirilən bu mitinqlər artıq 30-cu həftəyə daxil olub.

Məhkəmə-hüquq islahatları planına qarşı nümayişlərin davam etməsinə baxmayaraq, iyulun 10-da İsrail Knesseti Ali Məhkəmənin səlahiyyətlərini azaldacaq “ağılabatan deyil” kimi tanınan mübahisəli “Məhkəmə islahatları” qanun layihəsinin əsas bəndini təsdiqləyib.

Daha çox oxuyun: İsraildə etiraz aksiyaları; 88 sionist həbs olunub + VİDEO və FOTO

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir