Əfqanıstanda Aşura; Talibanın Kabil və Qəznidə atəş açmasına səbəb nə idi? + FOTO

Bazar 30 İyul 2023 - 10:51
https://az.iswnews.com/?p=24926

Əfqanıstan xalqı Tasua və Aşura günlərində Kabil, Məzari-Şərif, Hərat, Qəndəhar şəhərləri və ölkənin müxtəlif bölgələrinin məscid, təkiyə və Hüseyniyyələrində iştirak edib, əzadarlıq mərasimi keçirib.

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi saytının məlumatına görə, Əfqanıstanın müxtəlif şəhərlərinin əhalisi, istər şiələr, istərsə də sünnilər, Tasua və Aşura günlərində məscidlərdə və Hüseyniyyələrdə İmam Hüseynə (əleyhissalam) və Kərbəla şəhidlərinə əzadarlıq mərasimləri keçirib, ərzaq paketləri paylayıb və qan veriblər.

Dövlət məmurları, din xadimləri, tələbələr və Əhli-Beyt (ə) aşiqləri Kabilin üçüncü məhəlləsində Xatəmül-Nəbiyyin (s.ə) Məscidi, birinci məhəllədəki Çandaval hüseyniyyəsi, 6-cı məhəllədə Əl-Zəhra Məscidi (s), 13-cü məhəllədə Həzrət Əli (s) Məscid-i və 18-ci məhəllədə Məhəmmədiyyə Məscidində Aşura mərasimləri keçirərək qeyd ediblər.

Bamyan vilayətinin din xadimləri və əhalisi də Taliban hökumətinin yerli rəsmiləri və xalqın müxtəlif təbəqələrinin iştirakı ilə Aşura günü günorta vaxtı vəhdət namazı qılıb və bu günü xüsusi bir şəkildə qeyd ediblər.

Həmçinin, Taliban hökumətinin yerli rəsmiləri, Bəlx vilayətinin ağsaqqalları və xalqı Məzari-Şərifdəki Soltaniyə Came məscidi, Səqəleyn Elmi-Mədəniyyət Mərkəzi və Reyhanə Əl-Hüseyn (ə) mərkəzinə toplaşaraq Aşura gününü qeyd ediblər. Həmçinin ərzaq paketləri də paylanılıb.

Hərat vilayətində də Əl-Mehdi qəsəbəsi, Hac Abbas məhəlləsi və Hərat şəhərinin digər hissələri Talibanın yerli rəsmilərinin iştirakı ilə matəm saxlayıblar. Dindarlar və ağsaqqallar, gənclər və mədəniyyət adamları Aşura günündə xüsusi matəm mərasimi keçirib, qanvermə mərasimi keçirilib, insanlara ərzaq paketləri paylanıb.

Qeyd edək ki, Qəndəhar əyalətinin əhalisi Qəndəhar şəhərindəki Fatimiyyə məscidində (s), Helmənd vilayətinin əhalisi Ləşkərgah şəhərindəki Cəfəri məscidində və Luqar, Bədəxşan, Fərah, Nimruz, Badğis, Daykendi, Bağlan, Ərzəqan, Zabol, Paktiya, Cauzcan, Faryab, Sərepol, Kunduz və Əfqanıstanın digər əyalətlərinin əhalisi də Aşura gününü mərkəzi məscidlərdə və Hüseyniyyələrdə tam təhlükəsizlik şəraitdə qeyd ediblər.

Ümumiyyətlə, builki Məhərrəm günləri Əfqanıstanın müxtəlif bölgələrində təhlükəsiz şəraitdə keçirilib və Talibanın xüsusi məhdudiyyətləri əsasən təhlükəsizlik məsələləri ilə bağlı qoyulub. Bu arada bir sıra insidentlərin baş verməsi, o cümlədən xalqı dağıtmaq üçün Taliban silahlılarının atəşə tutması və Kabilin qərbində intiharçı hücumda şübhəli bilinən avtomobilin saxlanılması, münasib olamayan hərəkata mənsub bəzi şəxslərin addımları və həmçinin Qəznidə Qulam Əli və İbrahim adlı 9 və 13 yaşlı iki uşağın şəhid olması və daha 13 mülki şəxsin səthi yaralanması ilə nəticələnən Qəzni şəhərinin Nəvabad bölgəsində əhalinin toplaşdığı yerdə atışma olub. Qəzni şəhərində Talibanın atəşə tutması səbəbi hələ müəyyən edilməyib.

Həmçinin, son günlər Talibanın məhdudiyyətlərini kəskin tənqid edən Şiə Alimlər Şurasının üzvü Ayətullah Seyid Möhsün Höccətin həbsi Kabilin 3-cü bölgəsi əhalisinin müqaviməti və hökumətin vasitəçiliyi ilə ləğv edilib. Yerli səlahiyyətlilər və Üləma Şurası bu problemi həll etməyə davam edir.

Əfqanıstanın Şiə Alimlər Şurası və əzadarlıq məclislərinin digər rəsmiləri də müxtəlif mesajlarda Məhərrəmlik günlərində Əfqanıstanın müxtəlif bölgələrində tam təhlükəsizliyin təmin edilməsinə, o cümlədən Aşura matəmindən sui-istifadə edərək qəmə vuran azğın şəxslərin həbsinə görə minnətdarlıq və təşəkkürlərini bildiriblər.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir