Bağdadda İŞİD-in yüksək rütbəli komandiri həbs edildi
İraqın Milli Kəşfiyyat Xidməti Bağdadda İŞİD terror qruplaşmasının yüksək rütbəli komandirlərindən birinin həbs edildiyini açıqlayıb.
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi saytının məlumatına görə, İraqın Milli Kəşfiyyat Xidməti iyulun 28-də İŞİD terror qruplaşmasının Qadisiyyə bölgəsi qolunun rəhbəri Əbu Haris Bağdadinin həbs edildiyini açıqlayan bəyanat yayıb.
Bu açıqlamada deyilir: “Təfərrüatlı kəşfiyyat sənədlərinə əsasən, İraq Milli Kəşfiyyat İdarəsi İŞİD-in liderlərindən olan Əbu Haris Bağdadi (Məhəmməd Cəbbar İfrit ləqəbli) adlı axtarışda olan terrorçunu həbs etməyə nail olub”.
Bu açıqlamaya görə, adı çəkilən terrorçu 2005-ci ildə terror qruplaşmalarına qoşulub və Bağdad bölmələrində fəaliyyət göstərib. 2007-ci ildə Bağdadda mina əkmə və terror idarəsinə, 2009-cu ildə isə Neynəva əyalətinə köçürülərək Qadisiyyə bölgəsinin komandiri olaraq İŞİD-ə qoşulub.
2019-cu ildə İŞİD-in məğlubiyyətindən sonra Əbu Haris Bağdadi saxta ad və saxta şəxsiyyət vəsiqəsi ilə Bağdada girməyə cəhd edib və nəhayət, ötən cümə axşamı 10 saatlıq pusqu nəticəsində İraq təhlükəsizlik qüvvələri tərəfindən həbs edilərək hüquq orqanlarına təhvil verilib.
Rəy