Sionistlər xarici şirkətlər tərəfindən Sionist rejim kibermütəxəssislərinin cəzb olunmasına ciddi narahatdılar
İşğal olunmuş Fələstindən kənarda sionist kibermütəxəssislərin işə götürülməsi, bu rejim üçün problemə çevrilib və ekspertlərin fikrincə, sionistlərin kiber sahəsindəki nüfuzuna ciddi problemlər yaradacaq.
Amerikanın sionistlərin cəlb edilməsində rolu
İvrit dilli Kanal 12 saytı internet və kiber sahəsində yüksək vəzifəli bir məmurdan sitat gətirib: “Amerikalı bir şəxs İspaniyada şirkət yaradaraq israil kiber ekspertlərini işə götürüb. O, bunu əvvəllər də edib. Son iki həftədə 4 işçini işə götürüblər və dərhal onlara İspaniyada iş icazəsi və onlar və ailələri üçün əlavə imtiyazlar veriblər”.
Rejimin yüksək səviyyəli təhlükəsizlik məmurları sionist internet mütəxəssisləri arasında böyüməyə başlayan bu fenomenlə bağlı öz real narahatlığını dilə gətiriblər. Eyni kontekstdə yüksək rütbəli bir məmur bildirib: “Bu, İsraildən xaricə bilik idxal etmək üçün böyük bir addım kimi görünür, lakin bu, İsrail Təhlükəsizlik Nazirliyini zəiflətdiyi üçün mənfi təsir göstərir və İsrail kiberhücumlara məruz qalarsa, bəli, biz yadımıza salmalı olacağıq ki, biz bir vaxtlar bu sahədə yaxşı idik, amma məntiqsizlik və qorxu üzündən bundan imtina etdik”.
Sionist rejimin kiber domeni batmaq üzrədir
Kanal 12 saytının məlumatına görə, rejimin təhlükəsizlik rəsmiləri etiraf ediblər ki, sionist rejimdə “kiber hücum” sahəsi batmaqda və ciddi şəkildə zəifləməkdədir və sionist mütəxəssislərin xarici şirkətlər tərəfindən geniş şəkildə işə cəlb edilməsi nəticəsində rejimin bu cür mütəxəssislərdən boşalmasına gətirib çıxarır və kəşfiyyat xidmətlərinin imkanlarını təhlükəyə salır.
Qeyd edək ki, sionist rejimin Təhlükəsizlik Nazirliyi bu il hərbi ixracatda uğur qazanıb və bunun böyük bir hissəsi sionist rejimin kiber imkanlarına əsaslanıb.
Kanal 12-nin məlumatına görə, aradan gedən yeganə sahə kiber sahəsidir. ABŞ sionist rejimin casus proqramlarından istifadəsini qadağan edib və Pentaqonun sionist “NSO” şirkəti ilə mübarizəsi bu sahədə böyük təhqirdir. Bu sayt bildirir ki, bu şirkətin törətdiyi iddia edilən cinayətlər silsiləsi az deyil və Amerika bu məsələni unutmur.
Məsələn, dünyada insan azadlığının və haqlarının pozulması, hətta müxtəlif şəxsiyyətlərin öldürülməsi ilə bağlı aparılan araşdırmalarda üzə çıxan casus vasitələri, ən məşhuru jurnalistlərə qarşı sui-qəsddir. Əlbəttə ki, o, beynəlxalq səviyyədə satış edə bilib, lakin inkişaf üçün problemlərlə üzləşib.
Kanal 12-nin məlumatına görə, rejimin təhlükəsizlik rəsmiləri sionist mütəxəssislərin ölkədən getməsi və sionist rejimin çətinliyi səbəbindən yaranacaq problemlərdən qorxduqlarını bildiriblər. Başqa bir problem də budur ki, sionist rejim əsgərləri ordudan məcburi xidməti başa vurduqda, sionist şirkətlər onları cəlb etmir və buna görə də xarici şirkətlərə getməyə məcbur olurlar və nəticədə onların bu sahədəki bilikləri, istifadə olunacaq internet xidmətləri xarici şirkətlərin və ölkələrin xeyrinədir.
Kanal 12 saytı sionist rejimin digər yüksək səviyyəli təhlükəsizlik məmurundan sitat gətirib: “Bu yolla biz sionist biliklərindən istifadə olunması ilə düşmənlərimizə güc veririk. Sionist rejimdə satılan elektron sistemlər sionist hədəflərə oluna biləcək hücumlara imkan vermir. Ancaq xarici sistemlər bu qabiliyyətə malikdirlər. Rejimdən kənarda kiber hücum şirkətləri nə qədər artsalar, sionist rejimin məqsədləri bir o qədər təhlükəyə düşəcək. Bu sahədə onlarla Amerika şirkəti yaradılıb. Onlar sionistlərin biliklərinə ehtiyac duyduqları üçün ondan istifadə edirlər”.
Kanal 12 saytı vurğulayıb ki, bu, sionist rejimin baş naziri və müdafiə naziri qarşısında qaldırılmalı olan çox mühüm məsələdir, onlar, bu məsələni dayandırmalı və vəziyyəti nizama salmalıdır.
Rəy