Bernard Levi yenə də səhnədə; Bu dəfə Ukraynada! + FOTO

Cümə axşamı 27 İyul 2023 - 15:10
https://az.iswnews.com/?p=24854

Əfqanıstan, Liviya, Bosniya müharibəsi, Kürdüstanın parçalanması və s. daxil olmaqla, bir çox müxtəlif müasir müharibələrin pərdə arxasında olan nüfuzlu fransız yəhudilərindən biri olan Bernard Henri Levi artıq neçənci dəfədir ki, Ukrayna cəbhələrinə yollanır.

Baxmut cəbhəsində Qərb silahları üçün sursat çatışmazlığının şəkillərini dərc edən Levi gileylənib: “Bu, Baxmut yaxınlığındakı cəbhə xəttində bir yerdə fransız minaatanıdır. Dünyanın ən yaxşı toplarını çatdırmağın nə mənası var ki, onlarla birlikdə olan sursatları çatdırmırıq. Orada bir gün keçirdim və hesabladım: ruslar altı-yeddi dəfə vuranda ukraynalılar yalnız bir dəfə cavab verirlər!”

Qərb silahlarının, xüsusən də Avropa ölkələrinin çatışmazlıqları və problemlərindən biri də onların istehsalçılarının ehtiyac duyduğu sursatları istehsal etmək qabiliyyətinə və imkanlarına malik olmamasıdır. Bu məsələ Ukrayna müharibəsində çox aktuallaşdı və Bernard Levidən əvvəl Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) Avropadakı qüvvələrinin ali komandanı, general Kristofer Kouli də Rusiyanın Ukrayna ilə müqayisədə 5-8 dəfə artıq artilleriya hücumlarına istinad edərək bunu qeyd etmişdir.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir