Sionistlər Netanyahuya qarşı kütləvi etiraz aksiyası keçiriblər + VİDEO

Bazar 23 İyul 2023 - 19:01
https://az.iswnews.com/?p=24694

Təl-Əviv və işğal olunmuş Fələstinin bir sıra digər şəhərlərində minlərlə sionist işğalçı İsrail rejimi baş nazirinin məhkəmə islahatı proqramına etiraz olaraq 29-cu həftə ardıcıl etiraz aksiyası keçirib.

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi saytının məlumatına görə, iyulun 22-də minlərlə sionist mühacir işğal olunmuş ərazilərin müxtəlif şəhərlərində, o cümlədən Təl-Əviv və Qüdsdə küçələrdə sionist rejimin baş naziri Benyamin Netanyahuya qarşı etiraz aksiyası keçirib. İsrail mediasının məlumatına görə, işğal altında olan Qüdsdə Knesset qarşısında azı 85 min, Təl-Əvivdə isə 100 min insan İsrail baş nazirinin məhkəmə islahatları planına qarşı etiraz aksiyası keçirib.

Təl-Əvivdə hökumət əleyhinə etiraz aksiyasında iştirak edən Şabakın keçmiş rəhbəri Yuel Disk məhkəmə islahatları planını tamamilə ləğv etmək üçün orduda ehtiyatda xidmət etməyi dayandırmağın vaxtı olduğunu vurğuladı.

İvrit dilli medialar elan etdi: “10.000 ordunun ehtiyat qüvvəsi yüzlərlə pilot və hava qüvvələrinin heyətinə qoşuldu və mübahisəli məhkəmə islahatları planına etiraz olaraq xidmətə davam etməyəcəklərini açıqladı. Bəzi mənbələr sionist rejimin zabitinə istinadla vurğulayıblar ki, hərbi xidmətdən imtina etmək ordunun hazırlığına xələl gətirə bilər”.

Sionist rejimin 12-ci kanalı Ordunun Baş Qərargah rəisinə istinadən elan edib ki, məhkəmə islahatı planı təsdiq olunarsa, iki gün ərzində ordunun hazırlığı və qabiliyyəti ziyan görəcək. Bildirilir ki, İsrail ordusunun Baş Qərargah rəisi ordunun ehtiyat qüvvələrində xidmətdən imtina hallarının artmasından sonra bazar günü Netanyahu ilə təcili görüş istəyib.

Qeyd edək ki, hər həftənin şənbə günləri işğal olunmuş Fələstinin müxtəlif şəhərlərində sionist nümayişləri davam edir. Netanyahunun məhkəmə islahatları proqramına etiraz olaraq təşkil edilən bu mitinqlər artıq 29-cu həftəyə daxil olub. İsrail rejiminin baş naziri martın 27-də bu rejimin məhkəmə sistemi ilə bağlı mübahisəli planının dayandırıldığını elan edib, lakin sionistlərin etiraz aksiyası davam edir.

Daha çox oxuyun: Netanyahuya qarşı sionistlərin etiraz aksiyaları davam edir + FOTO

İşğal olunmuş Qüdsdə Netanyahuya qarşı sionistlərin etiraz aksiyasından
Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir