İraqın şimalında türkiyəli əsgər həlak oldu
Türkiyə Müdafiə Nazirliyi İraqın şimalında keçirilən “Qıfıl Pəncəsi” əməliyyatı zamanı əsgərlərindən birinin öldüyünü açıqladı.
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi saytının məlumatına görə, Türkiyə Müdafiə Nazirliyi iyulun 22-də İraqın şimal bölgələrində keçirilən “Qıfıl Pəncəsi” əməliyyatı zamanı əsgərlərindən birinin həlak olduğunu elan edib.
Beləliklə, keçmiş Türkiyə Müdafiə naziri Hulusi Akarın əmri ilə Şimali İraqda PKK silahlılarına qarşı 2023-cü il aprelin 18-da səhər saatlarında başlayan “Qıfıl Pəncəsi” əməliyyatında Türkiyə ordusu itkilərinin sayı 78-ə yüksəlib.
Qeyd edək ki, bir neçə gün əvvəl Türkiyənin Müdafiə Nazirliyi İraqın şimalında keçirilən “Qıfıl Pəncəsi” əməliyyatı zamanı 3 əsgərinin öldürüldüyünü açıqlamışdı.
Daha çox oxuyun: İraqın şimalında 3 türk əsgəri həlak olub + FOTO
Rəy