Amerikalılar Yəmənin Ədən vilayətindəki Prezident Aparatına daxil olublar

Şənbə 22 İyul 2023 - 12:04
https://az.iswnews.com/?p=24649

Yerli mənbələrin məlumatına görə, Amerika hərbi vertolyotu bir sıra ABŞ dəniz piyadaları ilə birlikdə Yəmənin Ədən vilayətindəki Əl-Məaşiq Prezident Aparatına (İstefa Vermiş Hökumətin Prezident Aparatı) daxil olub. Yəmənin işğal olunmuş ərazilərində baş verən hadisələrdə amerikalı diplomatların son fəaliyyəti və oynadığı rolları nəzərə alsaq, ehtimal ki, bu helikopter Amerikanın bu ölkədəki səfiri Stiven Faqini və digər Amerika diplomatları və hərbi müşavirlərini daşıyırdı.

Amerikalıların Ədənə səfəri, İstefa Vermiş Hökumətin Prezident Şurasının rəhbəri Rəşad Əl-Əliminin son günlər bu hökumətin baş naziri Muin Əbdül Məlik və hökumətin digər rəsmiləri ilə görüşü və müzakirəsi zamanı baş verir. Əl-Əlimi dünən 21 iyul tarixində səhər həmçinin İdrus Əz-Zubeydi və Tariq Saleh də daxil olmaqla Prezident Şurasının üzvləri ilə təcili iclas keçirib və Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində yeni məsələləri müzakirə edib. Bildirilir ki, amerikalı diplomatlar terrorla mübarizə bəhanəsi ilə Ədən şəhəri və onun ətrafında Amerika qüvvələrinin mövcudluğunu gücləndirmək üçün məsləhətləşirlər.

Daha çox oxuyun: Amerikanın Yəməndəki səfiri cənublularla görüşüb + FOTO

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir