İraqda Amerika işğalçılarına qarşı Müqavimət hücumları bərpa olunur?

İslam Dünyası Xəbərləri
Yazar:İslam Dünyası Xəbərləri
Cümə axşamı 20 İyul 2023 - 18:14
https://az.iswnews.com/?p=24641

Əshab Əl-Kəhf müqavimət dəstəsi, bir video yayımlayaraq, Bağdadda amerikalı işğalçıların logistika karvanını hədəf alan əməliyyatın mülki vətəndaşların olması səbəbindən ləğv edildiyini açıqladı. Bu xəbərin yayımlanması onu göstərir ki, İraq müqaviməti Amerika əsgərlərinə qarşı hücumlarını bərpa etmək niyyətindədir.

Bir müddət əvvəl İraq mediası “Bağdad Əl-Yəvm” “Cradle” jurnalının xəbərinə istinadən iddia etmişdi: “İraq müqavimət dəstələri İraqın baş naziri Məhəmməd Şia Əl-Sudanini dəstəkləmək üçün bu ölkədə Amerika əsgərlərinə qarşı hücumlarını dayandırıblar”.

O zaman deyilirdi ki, Əl-Sudani ilə müqavimət dəstələri arasında gedən gizli danışıqlarda İraq baş naziri diplomatiya yolu ilə amerikalı əsgərləri İraqdan çıxaracağına dair onlara söz verib. Bu danışıqlar zamanı müqavimət dəstələri də Əl-Sudaniyə bəyan ediblər ki, Amerika qüvvələri diplomatiya yolu ilə çıxarılmasa, Amerika mövqe və qüvvələrinə qarşı hücumlarını davam etdirəcəklər.

İndi görünən odur ki, Amerika hökuməti İraq müqavimətinin xəbərdarlıqlarına məhəl qoymadıqdan və İraq baş nazirinin amerikalı əsgərləri diplomatik yollarla ölkədən çıxarmaq vədlərini yerinə yetirmədikdən sonra müqavimət dəstələri fəaliyyətə başlayıb və anti-Amerika əməliyyatları həyata keçirmək və onları gücləndirmək niyyətindədirlər. Çox güman ki, “Əshab Əl-Kəhf” müqavimət dəstəsinin dünən Bağdadda uğursuz əməliyyatı da eyni plana uyğun olub.

Daha ətraflı: Əshab Əl-Kəhf: Amerika logistika karvanına hücum mülki şəxslərin olması səbəbindən ləğv edildi + VİDEO

Bu addım İraqın Müqavimət Koordinasiya Komitəsi müxtəlif səbəblərdən, o cümlədən İraq hökumətinin vasitəçiliyi ilə ABŞ-ın İraqdakı varlığına qarşı hərbi əməliyyatların dayandırıldığını elan edən bəyanat yaydığı vaxt baş verib. Son 10 ay ərzində İraq müqavimət dəstələri ABŞ-ın İraqdakı karvanlarına və mövqelərinə qarşı cəmi 10 hücum təşkil edib ki, bu da son illərlə müqayisədə xeyli azalıb.

Daha ətraflı: İraq Müqaviməti Amerika işğalçılarına xəbərdarlıq etdi!

Digər tərəfdən, amerikalıların İraqdakı fəaliyyətlərinin artması müqavimət dəstələrinin amerikalıların İraqdakı müqavimət mövqelərinə hücum etmək üçün mümkün planlarını araşdırmasına səbəb olub. Görünür, araşdırmadan sonra müqavimət cəbhəsi tam passiv rejimdən çıxacaq və amerikalıları xəbərdar etmək və mümkün Amerika hücumlarına qarşı özünü hazır vəziyyətdə saxlamaq üçün onlara qarşı hücumlar təşkil edəcəyi qənaətinə gəlib.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir