Severodonetsk və Zaporojyanın qərb cəbhəsində Ukrayna və Rusiya arasında münaqişələr davam edir + XƏRİTƏ

Cümə axşamı 20 İyul 2023 - 14:42
https://az.iswnews.com/?p=24605

Donetsk və Zaporojya vilayətlərinin müxtəlif cəbhələrində Ukrayna və Rusiya orduları arasında ara-sıra toqquşmalar davam edir. Hazırda münaqişələrin əksəriyyəti Dibrova oxunda və Zaporojya vilayətindəki bütün təmas xəttlərində cəmlənib.

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi saytının məlumatına görə, son bir neçə gün ərzində Rusiya ordusu Dibrova məntəqəsinin qərbində kiçik irəliləyişlərə nail olub və Torskenin şimal məntəqələrinə çatıb və hətta şimaldan bu kəndə daxil olub. Lakin Ukrayna ordusunun ağır əks-hücumları ilə Rusiya Ordusu, Torske kəndinin kənarına çəkilmək məcburiyyətində qalıb. Hazırda Rusiya və Ukrayna qüvvələri arasında arabir toqquşmalar və artilleriya hücumları davam edir. Ümumiyyətlə, Donetsk və Luqanskın şimal oxlarında Rusiya qüvvələri müdafiə rejimindədir və bu cür hücumlar və irəliləyişlər Ukrayna hücumlarının təzyiqini azaltmaq üçün edilir.

Amma Zaporojya cəbhəsində vəziyyət fərqlidir. Bu oxda Ukrayna qüvvələri hücuma keçir və son həftələrdə bəzi bölgələrdə kiçik irəliləyişlər əldə etməyə nail olub.
Ukrayna qüvvələrinin son bir neçə həftədə Volika Novasilkanın cənubundakı hücum və irəliləyişlərinin davamı olaraq, bu oxda rus ordusunun müqavimətini darmadağın etmək və irəliləyişləri bərpa etmək üçün Ukrayna qüvvələri Pryyutne və Staromaiorske bölgələrinə hücumlarının intensivliyini artırıb, bəzən də hər gün intensiv hücumlar təşkil edir. Lakin ruslar itki və dağıntılara baxmayaraq, hələ də müqavimət göstərirlər.

Qoliapol, Orixiv və Kamianske oxunda arabir atışmalar və artilleriya hücumları davam edir. Son həftələr Kamianske yaxınlığındakı Pyatixatki məntəqəsi Rusiya və Ukrayna qüvvələri arasında əsas münaqişə nöqtələrindən biri olub. Hazırda Rusiya qüvvələri Pyatixatkidən geri çəkilib və bu ərazi Ukrayna qüvvələrinin nəzarəti altındadır.

Ümumiyyətlə, Rusiya ordusunun ukraynalılar üzərində artilleriya və hava üstünlüyü hələ də Ukraynanın əksər hücumlarının səmərəsiz olmasının əsas səbəbidir. Əslində Rusiyanın daha çox güclü silah və sursat dəstəyi var və ABŞ və Avropanın Ukraynaya verdiyi irimiqyaslı yardımlar bu müharibədə balansın dəyişməsinə səbəb olmayıb. Onu da qeyd etmək yerinə düşər ki, son vaxtlar Ukraynanın Rusiya ordusunun dəstək və təchizat xəttinə hücumlarının həcmi xeyli azalıb və ruslar müdafiə xətlərini daha asan bərpa edə bilirlər.

Daha çox oxuyun:
Ukrayna ordusunun cənub cəbhələrinə hücumu başlayıb; Rusiya kimyəvi hücuma keçəcək?
Ukrayna Ordusu Baxmutun şimal və cənub cəbhələrinə ağır hücumlar edib

Xəritə: Severodonetskin qərb cəbhəsində və Zaporojya vilayətinin şimal cəbhəsində Ukrayna ordusu ilə Rusiya ordusu arasında baş verən son toqquşmaların mövqeləri / Tam ölçüdə baxmaq üçün klikləyin
Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir