Əshab Əl-Kəhf: Amerika logistika karvanına hücum mülki şəxslərin olması səbəbindən ləğv edildi + VİDEO

Cümə axşamı 20 İyul 2023 - 13:59
https://az.iswnews.com/?p=24599

Əshab Əl-Kəhf müqavimət dəstəsi, bir video yayımlayaraq, Bağdadda amerikalı işğalçıların logistika karvanını hədəf alan əməliyyatın mülki vətəndaşların olması səbəbindən ləğv edildiyini açıqladı.

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi saytının məlumatına görə, Əshab Əl-Kəhf müqavimət dəstəsi iyulun 19-da bir video yayımlayıb və Bağdadın Yusufiyyə bölgəsində mülki əhalinin olması səbəbindən Amerika işğalçılarının dəstək karvanlarının hədəfə alınmasının təxirə salındığını açıqlayıb.

Qeyd edək ki, müqavimət dəstələri son aylarda İraqda Amerika hərbi karvanlarına və mövqelərinə qarşı hücumlarını dayandırıb. İslam Dünyası Xəbərlərinin araşdırmalara görə, 2023-ci il aprelin 6-dən bu yana İraqdakı Amerika konvoylarına və mövqelərinə heç bir hücum edilməyib.

Əshab Əl-Kəhf müqavimət dəstəsi tərəfindən yayımlanan video
Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir