Hizbullah 33 günlük müharibənin ildönümündə İsrailə xəbərdarlıq videosu yayımladı + FOTO və VİDEO

Bazar ertəsi 17 İyul 2023 - 15:01
https://az.iswnews.com/?p=24457

Livan Hizbullahına bağlı media müqavimət qüvvələrinin İsrailin işğalçı qərargahına hücumunun və onun ələ keçirilməsinin mərhələlərini simulyasiya edən video yayımlayıb.

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi saytının məlumatına görə, Livanın Hizbullah hərəkatına bağlı “İilamul-Hərbi” mediası iyulun 16-da müqavimət qüvvələrinin sionist rejimin qərargahına hücumu və onun tamamilə ələ keçirilməsi ilə bağlı “La Ğalibə Ləkum” adlı video yayımlayıb. Hizbullah tərəfindən yayımlanan videoda Maliutka və anti-zireh Konkurs raketləri görünür.

Bu videoda İsrail ordusunun qərargahına hücumun mərhələləri, onun müqavimət döyüşçüləri tərəfindən tamamilə ələ keçirilməsi və Hizbullah bayrağının qaldırılması, həmçinin bu qərargahın tamamilə dağıdılması və məhv edilməsi simulyasiya edilib.

Bununla bağlı Livan Hizbullahı bir bəyanat yayaraq elan etdi:

(Əgər Allah sizə kömək etsə, heç kim sizə qalib gələ bilməz – Ali-İmran surəsinin 160-cı ayəsi);

2006-cı il iyul müharibəsində İlahi qələbənin ildönümündə Müqavimət sionistlərin qərargahlarından birinə hücumun mərhələlərini və mücahidlər tərəfindən tam nəzarəti və Hizbullah bayrağının qaldırılmasını simulyasiya edən “La Ğalibə Ləkum” adlı video yayımlayır.

Hizbullah və sionist rejim arasında gərginliyin artdığı bir vaxtda Livan Hizbullahı tərəfindən belə bir videonun yayımlanması bu rejim üçün ciddi xəbərdarlıq sayılır və Livanın İslami Müqaviməti dolayısı ilə İsrailin hər hansı hərbi addımına qarşı xəbərdarlıq edib.

Hizbullah tərəfindən yayımlanan “La Ğalibə Ləkum” adlı video

Yüksək Keyfiyyətlə

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir