İordan çayının qərb sahilinin cənubunda anti-İsrail əməliyyatı; Üç sionist yaralanıb + FOTO
Bir fələstinlinin İordan çayının qərb sahilinin cənubundakı Taqu keçid məntəqəsində keçirdiyi silahlı əməliyyat nəticəsində ən azı 3 sionist yaralanıb.
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi saytının məlumatına görə, bu gün iyulun 16-da silahlı fələstinli gənc İordan çayının qərb sahilinin cənubundakı Taqu keçid məntəqəsində bir qrup israilli mühaciri hədəfə alıb və bu əməliyyat zamanı ən azı 3 sionist yaralanıb. Yaralılardan birinin vəziyyətinin çox ağır olduğu və Şaari Tsidik xəstəxanasına aparıldığı bildirilir. İvrit dilli mənbələr əməliyyat icraçısının hadisə yerini sağ-salamat tərk etdiyini açıqlayıb.
İvrit dilli Kan kanalı xəbər verib: “Əməliyyat icraçısı yüksək sürətlə hərəkət edən avtomobildən sionistlərə atəş açıb”.
Sionist rejim Ordusu qısa bəyanatda elan edib: “Bu əməliyyatda 3 qəsəbə sakini yaralanıb və bu rejim Ordusu əməliyyatın icraçısını təqib edir”.
Bununla bağlı HƏMAS İslami Müqavimət Hərəkatının sözçüsü Hazim Qasim Beytləhmin cənubundakı Taqu keçid məntəqəsində bu gün baş verən atışma əməliyyatına reaksiya olaraq vurğulayıb: “İordan çayının qərb sahilindəki müqavimət İsrail işğalçı qüvvələrinə zərbələr endirməkdə davam edir. Bu dəfə onlar İordan çayının qərb sahilinin cənubunda yerləşən Beytləhmin yaxınlığındakı Taqu keçid məntəqəsində hədəfə alındılar. İordan çayının qərb sahilində müqavimət, sionist düşmənin Fələstin xalqı və müqəddəs məkanlarına qarşı cinayətlərinə cavab olaraq hər gün güclənir. Hər dəfə düşmən əməliyyatların növü və yeri ilə təəccüblənəcək”.
Qeyd edək ki, iyulun 6-da “Əhməd Yasin Hilal Ğitan” adlı 19 yaşlı fələstinli gənc Qalqilyanın şərqində yerləşən Kodomim şəhəri yaxınlığında bir qrup sionist əsgəri hədəfə almışdır. Bu hücum zamanı bir sionist əsgər öldürülmüş, digəri isə ağır yaralanmışdır.
Daha çox oxuyun: İordan çayının qərb sahilində anti-İsrail əməliyyatı; Bir sionist əsgər öldürülüb + FOTO və VİDEO
Rəy