Sionist rejim müharibə nazirinin ölkəmizə səfəri + FOTO və VİDEO
Sionist rejim müharibə naziri Yoav Qallant dünən axşam saatlarında ölkəmizə daxil olub və rəsmi səfərləri başlayıb.
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi saytının məlumatına görə, sionist rejim müharibə naziri Yoav Qallant dünən 12 iyun axşam saatlarında ölkəmizə daxil olub və rəsmi səfərləri başlayıb.
Azərbaycan hökuməti dəvəti ilə baş tutan səfərin məqsədi strateji münasibətlərin möhkəmləndirilməsi, təhlükəsizlik və texnologiya sahəsində əməkdaşlığın genişləndirilməsi göstərilir.
O, ilk öncə havalimanında rəsmi hökumət nümayəndələri və sionist rejimin ölkəmizdəki səfiri Corc Dik tərəfindən qarşılanıb.
Sonra Qallant Prezident İlham Əliyevlə görüşüb. Görüş zamanı ikitərəfli münasibətlərin inkişafından, o cümlədən hərbi-texniki sahədə əməkdaşlıqdan məmnunluq ifadə edilib.
Sionist rejim müharibə naziri Yoav Qallant daha sonra müdafiə naziri Zakir Həsənovla görüşüb və şəhidlər xiyabanını ziyarət edib. Qallant Azərbaycan-İsrail əlaqələrinin dostluq və qarşılıqlı etimada əsaslandığını vurğulayıb, hərbi əməkdaşlığın daha da inkişaf etdirilməsi baxımından bu cür görüşlərin və qarşılıqlı səfərlərin zəruriliyini qeyd edib. Strateji münasibətlərin daha da möhkəmləndirilməsi və təhlükəsizlik üzrə əlaqələrin genişləndirilməsinin əhəmiyyəti xüsusi vurğulanıb. Görüşdə Azərbaycan ilə İsrail arasında hərbi, hərbi-texniki sahələrdə əməkdaşlığın inkişaf perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə olunub.
Qeyd edək ki, bir neçə gün bundan öncə İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmirabdullahian Bakıda rəsmi səfərdə idi. İşğalçı sionist rejimin Azərbaycan üzrə fəaliyyətlərinə nəzər saldıqda, əsasən hər dəfə Azərbaycan və İran ölkə rəsmiləri arasında əlaqələrin inkişafına doğru hansısa ehtimallar verildikdə, bu rejimin dərhal rəsmi səfərləri işə düşür və öz planlarının icrasında daha güclü və əzmli olur. Bu səfəri də bu baxışdan görmək olar.
Rəy