Amerikanın İraqdakı yeni çoxməqsədli planı nədir?

İslam Dünyası Xəbərləri
Yazar:İslam Dünyası Xəbərləri
Cümə axşamı 13 İyul 2023 - 10:33
https://az.iswnews.com/?p=24307

Amerika İran və İraq arasında maliyyə əməliyyatlarına məhdudiyyətlər və sanksiyalar tətbiq etməklə, İraq xalqını Əl-Sudani hökumətinə qarşı küçələrə çıxarmağa və İran qazının bu ölkəyə ixracını dayandırmağa çalışır. Nəhəng neft və qaz ehtiyatlarına malik olmasına baxmayaraq, İraq ciddi şəkildə elektrik enerjisi çatışmazlığı ilə üzləşir və bu problem yayda bu ölkədə havanın istiliyi 50 dərəcədən çox olanda özünü daha qabarıq göstərir.

İraqın xüsusilə isti mövsümdə elektrik enerjisi istehsal etmək üçün xammala ehtiyacı var ki, bunun da əksəriyyəti İrandan idxal olunan qazdır. İraqın İrana qaz borcu 11 milyard dollara çatıb, lakin ABŞ-ın sanksiyaları səbəbindən bu pullar bloklanıb və İrana ödəmək mümkün deyil.

Digər tərəfdən, İraqın qaz pulunu ödəməməsi səbəbindən İran ötən illərdə dəfələrlə bu ölkəyə qaz ixracını məhdudlaşdırıb və bəzi hallarda bu ölkəyə ixrac tamamilə dayandırılıb. Bir neçə gün əvvəl İraqın Elektrik Nazirliyi elan etmişdi ki, İrandan qaz idxalının azalması bu ölkədə elektrik enerjisi istehsalının 5 min meqavat azalmasına səbəb olub.

Həmçinin bəzi mənbələr iddia edib ki, son günlər İran qazının İraqın cənub bölgələrinə ixracı tamamilə dayandırılıb və İran qazının mərkəzi rayonlara və Bağdada ixracı gündə 45 milyon kubmetrdən 20 milyon kubmetrə qədər azalıb; Bu səbəbdən İraqda bəzi elektrik stansiyaları fəaliyyətini tamamilə dayandırıb.

Bu problemlərin yaranmasından sonra İraqın baş naziri Məhəmməd Şia Əl-Sudani ABŞ-ın sanksiyaları səbəbindən İranın İraqa qaz ixracını dayandırmasına işarə edərək, “Bağdad İrana olan borcunu ödəmək üçün razılığa gəlib” deyib.

Əl-Sudaninin açıqlamasına görə, İraq bütün borclarını həll edib və borcu İran şirkətlərinin hesablarına köçürüb, lakin ABŞ-ın sanksiyaları səbəbindən bu məbləğlər bloklanıb və nəticədə İranın qaz ixracı da dayanıb.

Son aylarda İraqın davamlı və fasiləsiz olaraq İrana olan qaz borcunu ödəmək öhdəliyinin vurğulanmasına baxmayaraq, Amerika İrandan qaz almaq üçün pulun Tehrana çatmasına mane olmaqla, İrana qarşı sanksiyalar məsələsindən İraqa və onun xalqına qarşı silah kimi istifadə edir.

Görünən odur ki, ABŞ bu hərəkətləri ilə İran qazının İraqa ixracını dayandırmağı planlaşdırır və İraqda elektrik böhranının artması ilə İraq xalqını Əl-Sudani hökumətinə (müqavimətə yaxın) qarşı etirazlara başlamaq üçün küçələrə çıxarmağa çalışır.

Təbii ki, problemlərə və sanksiyalara baxmayaraq, Tehran və Bağdad qaz və neft mübadiləsi ilə bağlı razılığa gəliblər və Əl-Sudaninin açıqlamasına görə, İraq qaz idxalı müqabilində İrana qara neft verməyə razılaşıb.

Hər halda, İraqla ticarətin davam etdirilməsi və ticarət əlaqələrinin artırılması qərb tərəflərinin, xüsusən də ABŞ-ın sanksiyalarının və təzyiqlərinin davam edəcəyini fərz etməklə yeni maliyyə hesablaşma mexanizmini tələb edir. Bu məsələ, İran və Bağdad arasında ticarət və maliyyə münasibətlərində oxşar problemlərin yaşanmaması üçün Tehran və Bağdad arasında ticarət müqavilələri yeniləndikdə tərəflər tərəfindən müzakirə oluna və nəzərdən keçirilə biləcək mühüm məsələdir.

Onu da qeyd edək ki, Qərblilər ABŞ-la əməkdaşlıq edərək İraqın İrandan qaz asılılığını azaltmağa və ölkəni Qərb şirkətləri və ölkələrindən asılı vəziyyətə salmağa və bu vasitə ilə İrana zərbə vurmağa çalışır, həmçinin, təhlükəsizlik və iqtisadi mənafelərinə çatmaq niyyətindədirlər. Qeyd edək ki, bu proqrama və Amerikanın enerji sahəsində İraqa maksimum təzyiqinə uyğun olaraq, ötən bazar ertəsi İraq hökuməti Fransanın “Total Energy” şirkəti ilə neftin inkişafı, qaz və bərpa olunan enerji sektorları sahəsində 27 milyard dollarlıq nəhəng müqavilə imzalayıb. İranın sanksiya problemləri və İraqın enerji bazarında İranın əlini bağlaması son nəticədə İranın ölkənin enerji bazarından tamamilə qovulmasına gətirib çıxaracaq.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir