Əl-Qaidə: Sünnilər arasında yalnız biz BƏƏ-yə qarşıyıq + VİDEO

Cümə axşamı 6 İyul 2023 - 13:43
https://az.iswnews.com/?p=23971

Əl-Qaidənin Yəməndəki media qolu olan Əl-Məlahim İnstitutu bu qrupun BƏƏ-nin dəstəklədiyi qüvvələrə qarşı müxtəlif hücumlarını əks etdirən 31 dəqiqəlik video yayımlayıb və Əl-Qaidənin, Yəmənin cənubunda sünnilərdən ibarət yeganə BƏƏ-yə qarşı qrup olduğunu vurğulayıb.

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi saytının məlumatına görə, Əl-Məlahim İnstitutu “Siham Əl-Həq 2” adlı son videosunda BƏƏ-nin dəstəklədiyi qüvvələrin Yəmənin cənubunda “Əl-Şəriət” adlandırdığı istefa vermiş hökumət qüvvələri ilə zorakı davranışı tənqid edib.

Bu videoda üzünü örtüb danışan Əl-Qaidə təhlükəsizlik qüvvələrindən biri bildirib ki, Əl-Qaidə ünsürləri BƏƏ və onun Şəbvə və Əbyən əyalətlərində muzdlularına qarşı duraraq faktiki olaraq bütün yəmənlilərə dəstək verir. O əlavə edib ki, istefa vermiş hökumət qüvvələri BƏƏ-nin dəstəklədiyi qüvvələrlə qarşılaşanda, qaçaraq cəbhəni tərk ediblər.

Siham Əl-Həq 2 videosu daha sonra Yəməndə Əl-Qaidənin Şəbvə və Əbyən əyalətlərində BƏƏ-nin dəstəklədiyi qüvvələrə qarşı müxtəlif son əməliyyatlarının görüntülərini nümayiş etdirir. Bu videoda BƏƏ-nin dəstəklədiyi qüvvələrin qarşısında yol bombalarının partlaması və uzaqdan idarə olunan bombalar ilə bağlı bir neçə görüntü nümayiş etdirilir. Əl-Qaidənin təhlükəsizlik qüvvəsi izah edir ki, bəzi partlayışların görüntülərində düşmən qüvvələrinə dəyən zərərin miqdarı görünmür və bəzən partlayışın görüntüsü elə olur ki, tamaşaçılar hərbi maşının döyüşdən sağ çıxdığını düşünürlər, lakin bu belə deyil. Görüntülərdən birini şərh edən bu təhlükəsizlik qüvvəsi görüntüdə, BƏƏ tərəfindən dəstəklənən şəxsin öldürüldüyünü, lakin kamera görüntülərinin isə məsələni yaxşı təqdim edə bilmədiyini açıqlayıb.

Əl-Qaidə ünsürlərinin Birləşmiş Ərəb Əmirliklərinin dəstəklədiyi qüvvələrə qarşı minaatanlardan istifadə etməsi və BƏƏ-nin dəstəklədiyi qüvvələrin mərkəzlərinə gecə snayper əməliyyatları və gecə hücumları da bu videonun bəzi hissələrini tutur. Videonun sonunda, gözlənildiyi kimi, Əl-Məlahim İnstitutu Yəməndə Əl-Qaidənin Şəbvə Müdafiə Qüvvələrinə qarşı daha çox psixoloji müharibə üçün istifadə edilən dron hücumlarının havadan görüntülərini göstərir.

Qeyd edək ki, bu, Yəməndəki Əl-Qaidənin son bir ayda Yəmənin cənubunda Birləşmiş Ərəb Əmirliklərinin dəstəklədiyi qüvvələrə qarşı media hücumu olaraq ikinci videodur.

Daha ətraflı: Reklam dronları; İŞİD-dən Yəməndəki Əl-Qaidəyə qədər

Qeyd edək ki, ötən Qurban bayramı münasibətilə Əl-Məlahim İnstitutu “Əl-Qaidə”nin köhnə üzvlərindən olan Həbib Əl-Sudani kimi tanınan İbrahim Əhməd Məhəmməd Əl-Qusinin 14 dəqiqəlik çıxışını dərc etmişdir. Əl-Qusi çıxışında Fələstində baş verən son hadisələrə toxunaraq, fələstinli mücahidləri istişhadi (kamikadze hücumları) əməliyyatlarına çağırmışdır. O, xüsusilə (Afrika qitəsində) Sahil bölgəsində Somalinin Şəbab Əl-Mücahidin qüvvələrini və Əl-Qaidənin Məğribdəki qolunu, xüsusi təbrik etmiş və onların həmin bölgədə İŞİD ünsürləri ilə qarşıdurmalarını yüksək qiymətləndirmişdir. O, daha sonra Baydenin homoseksuallığı tərifləyən son çıxışlarını xatırlatmış və homoseksual bir millətin (Co Baydenin dediyi kimi) İslam dünyasına hakim olmasından təəssüfləndiyini bildirmişdir.

Siham Əl-Həq 2 videosundan bəzi hissələr
Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir