İordan çayının qərb sahilində İsrail hekzakopteri müqavimət qüvvələri tərəfindən vurulub + VİDEO və FOTO

Bazar ertəsi 3 İyul 2023 - 11:26
https://az.iswnews.com/?p=23871

İordan çayının qərb sahilində yerləşən Cenin düşərgəsində Fələstin müqavimət qüvvələri tərəfindən sionist orduya məxsus hekzakopter vurulub.

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi saytının məlumatına görə, Fələstin müqavimət qüvvələri iyulun 2-i səhər saatlarında İsrail ordusuna məxsus hekzakopteri Cenin düşərgəsi üzərində hədəfə alıb.

Yerli mənbələrin məlumatına görə, bu casus hekzakopter Cenin düşərgəsi üzərində alçaq hündürlükdə patrul edir və bəzi əraziləri lentə alırmış. Müqavimət qüvvələri isə bunu, müşahidə etdikdə hədəfə alaraq vurub.

Fələstin müqaviməti tərəfindən vurulan İsrail hekzakopterinin videosu

Hadisədən bir neçə dəqiqə sonra Fələstin İslami Cihad hərəkatının hərbi qolu olan Saraya Əl-Qüdsə bağlı olan Kətibə Cenin bu barədə açıqlama verib: “Fəth hərəkatının hərbi qolu olan Kətibə Cenin və Kətaib Şühəda Əl-Əqsa qüvvələri, İsrail hekzakopterini hədəfə alaraq onu vurmağa müvəffəq oldular və onu öz nəzarətlərinə götürdülər”.

Sionist radiosu İsrail ordusunun sözçüsünə istinadən elan edib ki, İsrail ordusu bu hekzakopterin vurulmasının səbəblərini araşdırır.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir