Liviyadakı Vaqner qüvvələrinin mövqelərinə naməlum dron hücumu olub

Şənbə 1 İyul 2023 - 23:00
https://az.iswnews.com/?p=23798

Ötən gün Liviyanın şimal-şərqində Vaqner qüvvələrinin bazası naməlum dron hücumuna məruz qalıb. Bu hücumda itki olmayıb.

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi saytının məlumatına görə, iyunun 30-da naməlum hücum dronu Liviyanın cənub-qərbində Vaqner qüvvələrinin yerləşdiyi Əl-Xaruba (Əl-Xadim) bazasına hücum edib.

Əl-Xaruba bazası Mərəc əyalətində və Benqazi şəhərindən 105 kilometr cənub-qərbdə yerləşir və general Xəlifə Həftərin komandanlığı altında Liviya Milli Ordusunun nəzarətindədir.

General Həftərin Rusiyadan hərbi yardım istəməsindən və Vaqner qüvvələrinin Liviyaya göndərilməsindən sonra bu baza Vaqner qüvvələri üzvlərinin yerləşdiyi yerlərdən birinə çevrilib. Rusiya qüvvələri ilə yanaşı, “Vaqner” özəl hərbi şirkəti Çad, Sudan, Niger və Suriyadan olan silahlı şəxsləri işə götürüb ki, onların Tripoli və Liviyanın şimal-qərb bölgələrini uğursuz ələ keçirmə əməliyyatı bu ölkədəki fəaliyyətlərindən biri olub. Bu qüvvələr təhlükəsizliyin təmin edilməsində və Liviyanın şərqində və cənubunda neft yataqlarından istifadə etməkdə fəaldırlar.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir