Fələstində baş verən son hadisələr, 29 İyun 2023

Cümə axşamı 29 İyun 2023 - 17:58
https://az.iswnews.com/?p=23758

Sionist rejimin daxili təhlükəsizlik naziri İtamər Bin Qafir işğal olunmuş Fələstin torpaqlarında yəhudilər üçün qəsəbələrin inkişaf etdirilməsinə, fələstinlilərin evlərinin geniş şəkildə dağıdılmasına və minlərlə fələstinlini öldürmək məqsəd ilə İordan çayının qərb sahilində geniş hərbi əməliyyatların aparılmasına çağırıb.

-İyunun 19-da İordan çayının qərb sahilində yerləşən Cenin düşərgəsinə İsrail əsgərlərinin hücumu nəticəsində 5 fələstinli şəhid olub, 66 nəfər yaralanıb.

Daha ətraflı: İordan çayının qərb sahilindəki hərbi münaqişələrdən ən son xəbərlər, 19 iyun 2023

-İyunun 19-da Fələstinin HƏMAS hərəkatının siyasi ofisinin rəhbəri İsmayıl Həniyyə nümayəndə heyətinin başçılığı ilə Tehrana səfər edərək Ali Rəhbərin nümayəndəsi və Ali Milli Təhlükəsizlik Şuarsının baş katibi Əli Əkbər Əhmədianla görüşüb. O, bölgədəki hadisələri, Fələstindəki son siyasi və cəbhə hadisələri, müqavimət dəstələri arasında birlik və koordinasiyanı mümkün qədər gücləndirmək yollarını müzakirə edib.

Daha ətraflı: Əhmədian Həniyyə ilə görüşdə: Fələstinin işğalına son qoymaq üçün ən təsirli strategiya müqavimətdir

-İyunun 20-də 3 fələstinli gənc İordan çayının qərb sahilində yerləşən Nablus və Ramallah arasında yerləşən İli qəsəbəsində bir qrup israilli mühaciri hədəfə alıblar. Bu əməliyyat nəticəsində azı 4 sionist həlak olub, daha 3 nəfər isə ağır yaralanıb.

Daha ətraflı: İordan Çayının Qərb Sahilində İsrail əleyhinə əməliyyat; Dörd sionist öldürülüb + FOTO və VİDEO

-Sionist rejimin baş naziri Benyamin Netanyahu öz Twitter səhifəsində yazıb: “İsrail ötən aylarda sübut etdi ki, istisnasız olaraq (anti-İsrail) əməliyyatların bütün günahkarları ilə hesablaşacaq və ona zərər verən hər kəsi öldürəcək ya da həbs edəcək”.

Daha ətraflı: Netanyahu anti-İsrail əməliyyatlarından qəzəblidir

-İyunun 21-də İsrail dronunun Cenin şəhərinin şimal ətrafında avtomobilə hücumundan sonra Fələstin müqavimət qüvvələrinin 3 üzvü şəhid olub.

Daha ətraflı: İsrailin Ceninə dron hücumunda üç Fələstin müqavimət qüvvəsi şəhid olub + VİDEO və FOTO

-İyunun 25-də sionist rejim Ordusu elan edib ki, mövcud təhlükəsizlik vəziyyəti ilə əlaqədar İordan çayının qərb sahilində daha çox hərbçi yerləşdirməyi planlaşdırır. Sionist Ordusunun verdiyi açıqlamaya görə, bu rejim qüvvələrinin daha iki batalyonu İordan çayının qərb sahilinə yerləşdiriləcək.

-İyunun 26-da Fələstin müqaviməti hərbi qüdrətini gücləndirmək üçün raket sınaqlarını davam etdirmək məqsədilə dənizə doğru bir neçə raket atdı.

-Sionist rejimin daxili təhlükəsizlik naziri İtamər Bin Qafir işğal olunmuş Fələstin torpaqlarında yəhudilər üçün qəsəbələrin inkişaf etdirilməsinə, fələstinlilərin evlərinin geniş şəkildə dağıdılmasına və minlərlə fələstinlini öldürmək məqsəd ilə İordan çayının qərb sahilində geniş hərbi əməliyyatların aparılmasına çağırıb.

-İyunun 26-da sionist rejimin baş naziri Benyamin Netanyahu deyib: “Fələstin dövlətinin yaradılması ideyası əbədi olaraq ləğv edilməli və fələstinlilərin öz müstəqil dövlətlərini yaratmaq arzusu tamamilə məhv edilməlidir”.

-İyunun 27-də sionist rejim Ordusu işğal altındakı Negevdə hərbi kazarmada əsgərlərindən birinin öldürüldüyünü elan etdi.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir