Suriyada baş verən son hadisələr, 29 İyun 2023
İki Amerika zirehli maşınının müşayiəti ilə silah və sursat daşıyan 4 yük maşını Amerika koalisiyasının Həsəkə əyalətindəki Əl-Şəddadi bölgəsindəki bazasına daxil olub.
1- Hələb:
İyunun 27-də Suriya ordusu Hələbin qərbində yerləşən Kəfər-Təal kəndindəki terrorçuların mövqelərini artilleriya zərbələri ilə hədəfə alıb.
2- İdlib:
– İyunun 27-də İdlibin cənubunda yerləşən Əl-Barə bölgəsində terrorçuların mövqeləri Suriya ordusunun artilleriya hücumları ilə hədəfə alınıb.
– İyunun 27-də Rusiya ordusunun qırıcıları Erihonun cənubunda yerləşən Sarja kəndində terrorçuların toplaşdığı yer və qərargahı hədəfə alaraq İdlib vilayətindəki silahlı mövqelərə hücumlarını davam etdirib.
– Təhrir Əş-Şam terrorçularının təhlükəsizlik bölməsinin sözçüsü iddia edib ki, bu qruplaşma qüvvələri İdlib əyalətində Livan Hizbullahı ilə əlaqəli bir qrupun müəyyən edilərək həbs edilməsinə nail olub.
Daha ətraflı: Təhrir Əş-Şam İdlibdə Hizbullaha bağlı bir qrupun həbs edildiyini iddia etdi + FOTO
-Suriyadakı Rusiya Barışıq Mərkəzinin direktor müavini admiral Oleq Juravlov mətbuat konfransı zamanı bildirib: “Rusiya qüvvələri İdlibin deeskalasiya zonasında terrorçu qruplara qarşı hücumlar təşkil edib, bu hücumlarda 4 komanda qərargahı və silah anbarı məhv edilib, 65 terrorçu isə məhv edilib.
Daha ətraflı: Suriyadakı Rusiya Barışıq Mərkəzi: Rusiyanın hücumları nəticəsində 65 terrorçu həlak olub
-İyunun 25-də Rusiya ordusu qırıcılarının İdlib əyalətinin Cisr Əş-Şuğur şəhərinə hücumları nəticəsində silahlılara yaxın medialar 9 mülki vətəndaşın həlak olması, 61 nəfərin isə yaralanması barədə məlumat yayıb.
Daha ətraflı: Suriyanın İdlib vilayətində rus qırıcılarının hücumları nəticəsində 70 mülki şəxs ölüb və yaralanıb + FOTO
-Suriya Müdafiə Nazirliyi Suriya və Rusiya ordularının İdlib əyalətindəki mövqelərinə birgə hücumu nəticəsində bir sıra terrorçunun öldürülməsi ilə bağlı video yayımlayıb.
Daha ətraflı: Rusiya və Suriya orduları İdlibdəki terrorçuların mövqelərinə birgə hücum ediblər + VİDEO
-İyunun 26-da İdlibin cənubunda yerləşən Deyr Sünbül bölgəsindəki terrorçuların mövqeləri Suriya ordusunun artilleriya hücumu ilə hədəfə alınıb.
3- Dəraa:
İyunun 25-də naməlum silahlı şəxslər Dəraa vilayətində yerləşən Muzayrib şəhərinin Əl-Cəmal meydanı yaxınlığında Suriya Daxili Təhlükəsizlik Qüvvələrinə məxsus avtomobili hədəfə alıblar. Bu terror aktı zamanı 4 Suriya əsgəri şəhid olub, bir əsgər isə yaralanıb.
Daha ətraflı: Suriyanın Dəraa vilayətində 4 Suriya əsgəri şəhid oldu
4- Deyr əz-Zor:
İyulun 4-də Amerika logistika karvanı Amerika koalisiyasının Konko qaz obyektindəki bazasına daxil olub.
5- Raqqa:
İyunun 23-də Türkiyənin dəstəklədiyi terrorçular artilleriya hücumları ilə M4 magistralını və Eyn İsa şəhərinin ətrafını hədəfə alıblar.
6- Həsəkə:
İyunun 23-də iki Amerika zirehli maşınının müşayiəti ilə silah və sursat daşıyan dörd yük maşını Amerika koalisiyasının Əl-Şaddadidəki bazasına daxil olub.
7- Suriyada öz ünsürlərinin hərəkətləri artdığı bir vaxtda İŞİD terror qruplaşması Suriya Ordusu və SDQ qüvvələrinə qarşı həyata keçirdiyi terror hərəkətlərinin videosunu yayıb.
8- İyunun 23-də İdlibdə yerləşən terrorçu qruplar iki dronla Latakiya vilayətinin “Əl-Qərdəha” və Həma vilayətinin “Deyr Şamil” bölgələrini hədəfə almış, bu hücumlar zamanı bir mülki vətəndaş şəhid olmuş, iki nəfər yaralanmışdır.
Daha ətraflı: Terrorçuların Latakiya və Həmaya dron hücumu nəticəsində 1 nəfər şəhid olub və 2 nəfər yaralanıb
9- İyunun 27-də Rusiyanın Suriyadakı Barışıq Mərkəzi elan edib: “Terrorçular İdlib bölgəsində atəşkəs rejimini 8 dəfə pozub, onlardan 5-i İdlib vilayəti, 3-ü isə Latakiya əyaləti ilə bağlıdır”.
10- İyunun 29-da Suriya hökuməti Qurban bayramı səhəri bir ekstremist tərəfindən İsveç hökumətinin icazəsi və təsdiqi ilə Qurani-Kərimi təhqir edən rüsvayçı hərəkəti ən sərt şəkildə pisləyib.
Rəy