Xocalı Soyqırımı, yoxsa Gədəbəy qızıl mədəni? + TAM TƏFƏRRÜATLA
Azərbaycan polisi Anglo Asian Mining şirkətinin qızıl mədənində ətraf mühitin çirklənməsinə etiraz edən Gədəbəy rayonunun Söyüdlü kəndinin yerli sakinlərinə qarşı zorakılıq edib. Azərbaycan Prezidenti ailəsinin investisiya holdinqi Azərbaycan qızıl mədənlərinin yeganə səhmdarı olan ingilis şirkətinin tərəfdaşıdır. Maraqlısı odur ki, Ermənistanın nəzarətində olan mədənlərə görə Qarabağın yollarını bağlayan “ekofəallar” bu məsələyə qarışmayıblar! Gədəbəy etirazlarının repressiya ilə yatırılması ölkənin digər bir neçə bölgəsində etirazlara səbəb olub.
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi saytının məlumatına görə, “Anglo Asian Mining” şirkətinin qızıl mədəninin yaxınlığında yaşayan rayonun Söyüdlü kənd əhalisi xərçəng və sağalmaz xəstəliklərlə üzləşir. Xalqın Azərbaycan mətbuatına verdiyi məlumata görə, bu ərazidə mədənçilik fəaliyyəti 2012-ci ildə başlayıb və indiyədək 20 nəfər xərçəng xəstəliyindən dünyasını dəyişib və bir çox insan bundan əziyyət çəkir. Ağaclar meyvə vermir, torpaqlar münbitliyini itirib. Deyirlər ki, mədənin “sianid zəhəri” ilə çirklənmiş tullantı suları böyük açıq su anbarına axıdılır və çox pis qoxu gəlir. Nəticədə yaranan toz havaya sovrulur ki, bu da paltarların üzərinə çökür və onları çirkli edir.
Kənd sakinləri ötən həftənin əvvəlində məlum olub ki, qızıl hasilatı ilə məşğul olan şirkət kəndin cənubundakı “Vəli Bulağı”nın örüş sahələrini ikinci su qatının tikintisi üçün zəbt etmək istəyir. Onlar bu məsələyə reaksiya veriblər və keçən həftənin əvvəlində iki dəfə Gədəbəy İcra Hakimiyyəti qarşısında toplaşıblar, lakin görünür, bu bölgənin icra hakimi Orxan Mürsəlov məsələyə əhəmiyyət verməyib.
Söyüdlüdə qarşıdurmanın başlanması
Çərşənbə axşamı 20 iyun, kənd əhalisi əvvəlcə kəndin mərkəzinə toplaşdılar. Sonra tikintisinin qarşısını almaq üçün yeni tullantı kanalizasiya tikinti sahəsinə yollandılar. Lakin əhali İğtişaş əleyhinə polisin rezin güllələr, gözyaşardıcı qaz və dəyənəkləri ilə üzləşərək şiddətli hücuma məruz qaldı. Nəticədə əhalinin etirazı şiddətli şəkildə yatırıldı və altı nəfər həbs olundu. Görüntülərin sosial şəbəkələrdə geniş yayılması jurnalistlərin və media fəallarının Söyüdlüyə getməsinə səbəb oldu. Polisin vəhşiliyi, yaşlı qadınlar, Qarabağ müharibəsi qaziləri və şəhid anası ilə pis davranışları hökumət və polisin fəaliyyəti ilə bağlı çoxsaylı tənqidlərə səbəb oldu.
İkinci etiraz toplantısı bir gün sonra, iyunun 21-i çərşənbə günü kəndin mərkəzində keçirildi və onlar polis bölməsinə doğru hərəkət edəndə, sakinlərlə polislər arasında növbəti qarşıdurma yarandı. Bu dəfə kənddə və küçədə çoxlu jurnalistlər yer almışdı. Əhali media fəallarına qarşıdurmanın təfərrüatları və repressiya göstərən polislərin kimlikləri barədə mühüm məsələləri açıqlayırdılar. Etirazçılarla bu cür davranışa narazı qalan bir sıra polis qüvvələri də sosial şəbəkə istifadəçilərinin diqqətindən yayınmayıb.
Əhali medialara nə dedi?
Polisin onun üzünə göz yaşardıcı qaz səpməsinə aid görüntüləri mediada böyük söz-söhbətlərə səbəb olan yaşlı qadın Qətibə Alıyeva deyir: “Mən polislərə neynədim polislər mənə onu elədi? Neynədim? Gözyaşardıcını iki dəfə gözlərimə səpdilər. Özüm xəstəyəm, əməliyyat olasıyam. İcazə ver, çörək pulumuzu çıxardaq, o sahələrdən, mal-qaralardan, arımızdan, kartofumuzdan, yaşayaq, dolanaq”.
Gülzarə Əliyeva adlı başqa bir yaşlı qadın mədən sahiblərini tənqid edərək deyir: “Zəhəri mən yiyim, qızılı kim yiyir? Qızılı yeyən zəhəri də aparsın, evində saxlasın”.
Lətafət Əsgərova da polisin rezin güllələrlə hücumu zamanı yaralananlardan biridir. O, qızıl mədəni haqqında deyib ki, bu mədən Azərbaycan prezidentinin ailəsinə məxsusdur. O, iddiası ilə bağlı belə açıqlama verib: “Gələn polis bizə dedi ki, şirkət Mehriban xanıma məxsusdur. Şirkət insanların torpağını zəbt edib və biz onun fəaliyyətinə görə xəstələnirik. Göl sianid maddəsi ilə çirklənir və sakinlərin orqanizminə və torpağa zərər verir”.
O, yerli polisin xalqa hədə-qorxu gəlməsindən də danışıb: “Gədəbəyin polis rəis müavini etirazçıları döyməyi əmr edib. Bizə dedi ki, etirazınızı davam etdirsəniz, sizə qarşı plastik güllələrdən, gözyaşardıcı qazdan istifadə olunacaq, daha çox israr etsəniz, üzərinizə Gəncədən ordu gələcək”.
Kənddə xərçəng xəstəliyinin yayılmasından həyat yoldaşı dünyasını dəyişən İntizar Mustafayeva ikinci tullantı gölünün tikintisini tənqid edib və vurğulayıb: “Bu su anbarı insanları zəhərləyir. İkinci su anbarının tikintisinə razı deyilik”.
Söyüdlüdə saxlanılanların taleyi
Kənd əhalisindən 5 kişi 20 sutka, bir yaşlı kişi isə 1500 manat cərimələnib. Dava zamanı yaralanan və əri həbs cəzasına məhkum edilən Minarə Həsənova polislərin işgəncələri barədə məlumat verib və son üç gündür həbsxanada yemək yemədiklərini deyir. Cərimə cəzası alan şəxs cəriməni ödəyə bilmədiyini deyib: “Ayda 200 manat pensiya alıram. Mən bu pulla cəriməni necə ödəyə bilərəm? Nə qəbahət iş görmüşəm? Mən hakimiyyətə qarşı çevriliş etməmişəm və heç kimi məcbur etməmişəm, amma məhkəmədə mənə dedilər ki, sən təxribatçısan”.
Hökumət tərəfdarlarının uğursuz addımı
Hadisənin digər tərəfində yaşlı qadınların polisə daş atması səhnələrini dərc edən və onu pisləyən Azərbaycan hökumətinin məşhur səhifələri var idi. Xoşqədəm Baxşəliyeva ARB kanalının aparıcısı xalqı yayındırmaqda polisə dəstək verdiyi üçün tənqid olunub. İstifadəçilər şərhlərdə Söyüdlü əhalisinə qarşı repressiyaları “Xocalı Soyqırımı” faciəsi və bu qətliamın dul qadınlarının yas səhnələri ilə müqayisə edərək, Xocalı həştəqini trendə çeviriblər.
İcra Hakiminin inkarı
Etirazın ikinci günündə daha əvvəl xalqa cavab verməyən Gədəbəy İcra Hakimi Orxan Mürsəlov kənd qadınlarından evdə qalmalarını və polisə daş atmamalarını istəyib. O, əlavə edib: “Polis heç kimi döyməyib, xəsarət yetirməyib, ama siz sakinlər onları təhqir edib, döymüsünüz”.
Sakinlərin videolarını və rezin güllələrin yaraladığı yerləri görən Gədəbəy İcra Hakimi təhdid tonunda deyib: “Polis tərəfindən yaralandığını iddia edən hər kəs hökumətə və ölkəyə xəyanət edib”.
O, faktaraşdırıcı komissiyanın olduğunu açıqladı və bildirdi: “Mədənin birinci su hövzəsinin ekoloji icazəsi var və 11 ildir fəaliyyət göstərir, lakin yenidən yoxlanılacaq. Bizim 10 minə yaxın mal-qaramız, 500-600 hektara yaxın otlaq sahəmiz var, heyvandarlar üçün otlaqla bağlı heç bir problemimiz yoxdur. İndi məsələ bitib və siz hökumətin qarşısında dayanmamalısınız”.
İnsanlara qarşı polis zorakılığının təsdiqlənməsi
Gədəbəy İcra Hakiminin etiraz aksiyası keçirən sakinlərə qarşı güc tətbiq edilməsini təkzib etməsindən sonra Azərbaycan Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elşad Hacıyev hadisəni pisləyib və polisin qadınlara qarşı repressiyalarını qəbul edərək deyib: “Təəssüf ki, sosial şəbəkələrdə yayılan görüntülər törədilən qanunsuz hərəkətlərin digər tərəflərini əks etdirmir. Qəsdən, məqsədli olaraq, polis əməkdaşının qadınlardan birinə qarşı xüsusi vasitədən istifadə etməsini göstərirlər. Polis əməkdaşı emosiyaya qapılaraq qadına qarşı ciddi qəbahətə yol verib və bunu qəbul edirik. Bununla bağlı müvafiq araşdırma aparılır, onun əməlinə hüquqi qiymət veriləcəkdir”.
Mübahisə Nazirlər Kabinetinə qədər gedib çıxdı
Gədəbəy qızıl mədəni ilə bağlı mübahisə o həddə çatdı ki, Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Naziri Muxtar Babayev faktaraşdırıcı qrupun başında Gədəbəyə gəldi, qızıl çıxaran şirkətə və onun çirkab sularının utilizasiyasına baş çəkib. Səhiyyə nazirinin müavini də hökumət nazirini müşayiət edib. Babayev bildirib ki, ekspertlər məsələni araşdırır, havanın çirklənməsi qeydə alınmayıb. O, hesabatı nəzərdən keçirdikdən sonra ictimaiyyətə açıqlanmaq üçün Nazirlər Kabinetinə təqdim edəcək.
Xalqın yatırılması ssenarisinin yaradılması
Söyüdlü məsələsi o qədər mürəkkəb olub və ictimai rəyə təsir edib ki, dövlət mediaları iğtişaşlar üçün sui-qəsd ssenarilərini açıqlayıb. Xəzər TV xəbərdə iddia edib: “İnsanlar pul ödəyərək münaqişə yaratmağa cəhd ediblər. Münaqişədən əvvəl pul yığılıb və sakinlər reaksiya verməyə təşviq edilib. Yığıncaq 400 nəfərlik WhatsApp qrupunda təşkil olunub və iştirakçılar da məlumdur”.
Bu reportajda Xəzər TV əlavə edib: “Rusiya Federasiyası vətəndaşları Afiq Allahverdiyev və Etibar Cabbarov etiraz aksiyasına vətəndaşları dəvət edib, etiraz aksiyası təşkilatçısı isə Dadaş Şirinov olub”.
Rusiyada yaşayan Afiq Allahverdiyev və Etibar Cabbarov dəfn mərasimində iştirak etmək bəhanəsi ilə yardım paketləri ilə kəndə gəliblər. Onlar sosial şəbəkələrdən istifadə edən nüfuzlu şəxsləri müəyyən edərək WhatsApp qrupu yaradaraq oraya əlavə ediblər. Şirkətin keçmiş sürücüsü Dadaş Şirinov etiraz aksiyaları ilə bağlı videoları TikTok sosial şəbəkəsində yayıb. Afiq Allahverdiyev “WhatsApp” qrupunda sakinləri etiraza çağırıb və onları iğtişaşlara yönəldib. O, insanları İcra Hakimiyyəti qarşısında etiraz aksiyasına çağıraraq, yığılan pulu Etibar Cabbarovun bank hesabına göndərib və polisə qarşı zorakılıqla bağlı təlimatlar verib”.
Bu ssenari hökumət tərəfdarları tərəfindən trend olsa da, bir o qədər də qəbul olunmayıb və Söyüdlü kənd camaatının xüsusi vurğulaması səbəbindən yayımlanan səslərin həqiqiliyi şübhə altına alınıb ki, bu da ssenari tərtibatçıları üçün növbəti biyabırçılıqdır.
İran günahkardırmı?
İctimai rəydən kənara yönəltmək həmişə Azərbaycan hakimiyyətinin hiylələrinin tərkib hissəsi olub. Bu kənddə polislə xalqın toqquşması ilə eyni vaxtda Azərbaycanın dövlət mediaları və ona bağlı blogerlər yenidən İranı hədəfə alıblar. Cümə axşamı, iyunun 22-də Söyüdlü əhalisini bədnam etmək üçün ssenari yaratmaqla eyni vaxtda xəbər bölmələrində İranda istehsal olunan Pril qabyuyan mayenin Azərbaycan xalqı əhalisinin sağlamlığı üçün təhlükəli olduğu barədə xəbər yayımlanıb.
Mütəxəssis kimi təqdim edilən Əyyub Hüseyn adlı şəxs bu qabyuyan mayenin fars dilində yazılarının məlum olmadığını iddia edir. O, deyir: “Su ilə qarışdıqda istənilən ərazidə suyun çirklənməsinə səbəb olur və istifadəçilərin əllərində yaralar əmələ gətirir. Bu maye Bakı, Sumqayıt və Astarada alıcılar arasında çox populyardır və gömrük nəzarəti olmadan qaçaqmalçılıq yolu ilə gətirilir.
Pril qabyuyan maye Almaniyanın eyniadlı şirkətinin lisenziyası ilə müxtəlif ölkələrdə, o cümlədən İran və Azərbaycanda istehsal olunur. Bu qabyuyan mayenin xammalı da Almaniyadan gətirilir və yığılmış məhsul sayılır. Bakıda hakimiyyət rəsmiləri “Pashaholding”in biznes fəaliyyətinə görə insanların xəstəlik məsələsini bacardığı qədər dəyişməyə çalışır.
Söyüdlünün polis tərəfindən mühasirəyə alınması
Söyüdlü kəndi polis tərəfindən mühasirəyə alınıb, yollara və yüksəkliklərə çoxsaylı qüvvələr yeridilərək nəzarət edir. Kəndə yalnız yerli əhali şəxsiyyət vəsiqəsini təqdim etməklə və məlumatlarının qeyd olunması ilə daxil olub, çıxa bilər. Kənddə tez-tez rast gəlinən xərçəng xəstəliyindən dünyasını dəyişənlərdən birinin qohumları və tanışları mərasimdə iştirak etmək üçün içəri daxil ola bilməyib və geri qayıdıblar.
Müxbirin saxlanması
Sakinlərin polis tərəfindən zorakılığa məruz qalması barədə məlumat verən lənkəranlı jurnalist Elməddin Şamilzadə polis tərəfindən həbs edilib. “Meydan TV” internet televiziyasının xəbərinə görə, Söyüdlü əhalisinin işgəncələrə məruz qalması ilə bağlı Facebook səhifəsində sonuncu yazı silinib. O, bu yazıda baş verən bütün qadağaların və təqiblərin Söyüdlü məsələsini unutmaq üçün olduğunu yazıb və hər kəsi məsələyə diqqət yetirməyə çağırmışdır.
Azərbaycan Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elşad Hacıyev bu məsələni təsdiqləsə də, səbəbi barədə heç bir açıqlama verməyib. Türkiyənin “Mövla” Universitetinin enerji mühəndisliyi fakültəsinin tələbəsi olan Elməddin Şamilzadə iyunun 22-də akademik məzuniyyətini yeniləmək üçün Ehtiyat Şöbəsinə çağırılıb və orada həbs edilib.
Böhranın başqa yerlərə yayılması
Söyüdlü kəndindəki böhran başqa yerlərə də keçib. İnsanlar müxtəlif səbəblərdən toplaşırlar. Əvvəlcə Şəmkir rayon camaatı bu mədənin zəhərlənmiş çirkab sularının fəsadları ilə bağlı etiraz aksiyası keçirib.
Bakının Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində sakinlər təmiz içməli su olmadığı üçün dörd gün yolları bağlayıb. Ağdamın daşqın qurbanları da Ağdam Rayon İcra Hakimiyyəti binasına yollanıblar. Buna səbəb isə İcra Hakimiyyətinin daşqından zərər çəkmiş və evsizlərə dəstək göstərməməsidir.
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov baş çəkmək üçün Bankə kəndinə gedərkən camaatın tənqidinə məruz qalıb və bir vətəndaş tərəfindən döyülüb. Bu dövlət məmurunun ətrafında fotoqraf olduğu üçün vətəndaşlar həssas olublar.
İnsanlar niyə zülmə məruz qaldılar?
Əhali deyir ki, bu qızıl mədəni Azərbaycan prezidenti İlham Əliyevin həyat yoldaşı, birinci müavini Mehriban Əliyevaya məxsusdur. İngiltərənin “Anglo Asian Mining” şirkəti “Pashaholding” investisiya holdinqi ilə əməkdaşlığa başlayıb və qızıl mədənlərini istismar edir. Paşaholdinq Mehriban Əliyeva tərəfindən təsis edilib və onun ailə üzvləri və qohumları tərəfindən idarə olunur. İlham Əliyevin qızları Leyla və Arzu da bu şirkətdə və qızıl hasilatında fəal rol oynayırlar. Bu şirkət Qarabağ bölgəsinin şimalında hökumətin ona həvalə etdiyi qızıl mədənlərini də istismar etmək istəyir.
İnsanlara repressiyaların pərdəarxası
Tural Sadıqlı, insanları yatırmaq və Gədəbəyə anti-iğtişaş polis qüvvələri göndərmək barədə hökuməti tənqid edərək deyib: “Gədəbəy İcra Hakimi Orxan Mürsəlov, Prezident Aparatının Ərazi-təşkilat məsələləri üzrə köməkçisi Zeynal Nağdəliyev də daxil olmaqla, ictimaiyyətin toplanması məsələsini hökumətə çatdırıb. Bir müddətdən sonra Zeynal Nağdəliyevdə ona zəng edərək hər hansı etirazı yatırtmağı tapşırıb və bundan sonra Daxili İşlər Nazirliyinin qüvvələri kəndə göndərilib.
Bakı hakimiyyəti ilişib qalıb
İslam Dünyası Xəbərlərinin bu hadisənin nəticələrindən təhlili göstərir ki, Azərbaycan hökuməti xalqa qarşı haqsızlıq ucbatından yeni böhranda ilişib qalıb və hər hansı yolla bu böhrandan çıxmağa çalışır. İctimai rəy isə bu məsələdə hakimiyyətin ssenariləri ilə razılaşmır. Keçən il hökumət Şuşada Əliyev “ekofəallarının” təşkilatlanması və Qarabağ yolunun bağlanması üçün külli miqdarda pul xərclədi və buna görə də bir qrup yolu hətta mənfi 20 dərəcədə bağlı saxlamağa razı oldu. Amma bu dəfə insanlar və müstəqil ekoloji fəallar hökumətin və podratçı şirkətlərin zərərli iqtisadi fəaliyyətini ifşa etdikdə, planlı etiraz aksiyası nəzəriyyəsi media təbliğatı ilə planlaşdırılıb həyata keçirilir. Həmçinin etiraz müəyyən kateqoriyalı insanlarla məhdudlaşmır; Belə ki, bir qrup feminist məsələyə etiraz etmək üçün ABŞ-ın Bakıdakı səfirliyinə yollanıb, lakin polis onları səfirlikdən çıxarıb.
Rəy