Rusiya və Suriya orduları İdlibdəki terrorçuların mövqelərinə birgə hücum ediblər + VİDEO

Bazar ertəsi 26 İyun 2023 - 10:47
https://az.iswnews.com/?p=23620

Suriya Müdafiə Nazirliyi video yayımlayaraq Suriya və Rusiya ordularının İdlib vilayətində terrorçuların mövqelərinə birgə hücumu nəticəsində bir neçə terrorçunun öldüyünü açıqlayıb.

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi saytının məlumatına görə, Suriya Müdafiə Nazirliyi bir video yayımlayıb və elan edib: “Terrorçuların Həma və Latakiya vilayətlərinə bir neçə mülki şəxsin şəhid olması və yaralanması ilə nəticələnən dron hücumlarından sonra Suriya ordusu Rusiya Hərbi Hava Qüvvələri ilə əməkdaşlıq edərək İdlib əyalətindəki hədəflərə qarşı hücumlar təşkil edib, bu zaman terrorçuların bir sıra qərargahları və silah-sursat anbarları məhv edilib”.

Bu hücumlar nəticəsində bir neçə terrorçu, o cümlədən Əbdül Kərim Əbu Davud Ət-Türkistani, Seyfullah Əbu Əbdülhəq Ət-Türkistani, Mustafa Şeyx Əs-Sit, Əbdül Rəhman Səədun, Əbu Kərrar, Məhəmməd Səid Nəsuh, Rizvan Mutərmavi və Mahmud Şeyx Əl-Harrə adlı cəbhə komandirləri də öldürülüb.

Qeyd edək ki, İdlibdə yerləşən terrorçular iyunun 23-də iki dron hücumu ilə Latakiya vilayətinin “Əl-Qərdaha” və Həma vilayətinin “Deyr Şamil” bölgələrini hədəfə alıblar. Bu hücumlar zamanı bir mülki şəxs şəhid olmuş, daha iki nəfər isə yaralanmışdı. Bu hücumlardan sonra Rusiya və Suriya orduları tərəfindən İdlib və Latakiya vilayətlərində terrorçuların mövqelərinə yeni hücumlar təşkil edilib.

Daha çox oxuyun: Terrorçuların Latakiya və Həmaya dron hücumu nəticəsində 1 nəfər şəhid olub və 2 nəfər yaralanıb

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir