Suriyanın Dəraa vilayətində 4 Suriya əsgəri şəhid oldu

Bazar 25 İyun 2023 - 17:17
https://az.iswnews.com/?p=23561

Mozayrib qəsəbəsində naməlum silahlı şəxslərin Suriyanın daxili təhlükəsizliyinə məxsus avtomobilə atəş açması nəticəsində azı 4 Suriya əsgəri şəhid olub, daha biri yaralanıb.

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi saytının məlumatına görə, iyunun 25-də naməlum silahlı şəxslər Dəraa vilayətində yerləşən Mozayrib şəhərinin Əl-Cəmal meydanı yaxınlığında Suriya daxili təhlükəsizlik qüvvələrinin avtomobilini hədəfə alıblar və bu terror aktı zamanı 4 Suriya əsgəri şəhid olub və bir nəfər də yaralanıb.

Dəraa polis komandanlığındakı məlumatlı mənbənin bildirdiyinə görə, bu şəxslər Tefs şəhərin imtahan mərkəzinə göndərilən zaman terror aktına məruz qalıblar.

Qeyd edək ki, Suriya ordusu qüvvələri 2018-ci ildə Dəraa vilayətini yenidən nəzarətə götürdükdən sonra bu vilayət təhlükəsizlik baxımından pis vəziyyətdə idi. Hazırda da Dəraa vilayətinin müxtəlif məntəqələrində gündəlik və həftəlik çoxsaylı terror hadisələri, o cümlədən bombardmanlar, hərbçilərin və mülki şəxslərin öldürülməsi faktları qeydə alınır.

Orijinal ölçüdə baxmaq üçün klikləyin
Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir